Mövsümi qrip və COVİD artır: nə etməli? – TƏBİB

Mövsümi qrip və COVİD artır: nə etməli? – TƏBİBQış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi haldır. Hər il əhalinin təxminən 5-15%-i influenza virusuna yoluxur, bu isə öz növbəsində dünya miqyasında 3-5 milyon kəskin qrip xəstəliyi və 650 min ölüm halı ilə nəticələnir.
Bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub:
"İnfluenza el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur. Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar".
N.Mustafayeva influenza virusuna qarşı effektivliyi sübuta yetirilən vaksinlərin olduğunu qeyd edib:
"Vaksinasiya ilə yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
2022-2023-cü il qış mövsümündə influenza ilə paralel olaraq RSV və COVID-19 virusuna yoluxma hallarının da artması nəzərə çarpıb. 1 dekabr 2022-ci ildə ÜST tərəfindən yayımlanan bəyanatda əhaliyə qrip və COVID-19 viruslarına qarşı vaksinasiya olunmaq, şəxsi gigiyena və izolyasiya qaydalarına əməl etmək tövsiyə olunub. Bununla siz, səhiyyə xidmətlərinin və işçilərinin yüklənməsinin qarşısının alınmasına və keyfiyyətli tibbi xidmətin əlçatanlığının qorunub saxlanılmasına öz töhvənizi verə bilərsiniz".
Mütəxəssisin sözlərinə görə, hazırda dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. İstəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisələrinə müraciət edə bilərlər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari