Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?

Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Bir çox insan baş ağrısından əziyyət çəkir. Ancaq əksər zaman bunu miqren ağrısı ilə qarışdırırlar. Əgər işığa qarşı həssaslıq hiss edirsinizsə, başınızın bir tərəfi sancılı, şiddətli ağrıyırsa miqrendən əziyyət çəkə bilərsiniz. Bəzən qusma, mədə bulantısı, artan susuzluq kimi əlamətlərlə də özünü biruzə verən, şəxsi çətin vəziyyətə salan ağrı növüdür. Bəzi insanlarda real ağrıdan 2 gün öncə miqren ağrılarına dair əlamətlər yarana bilir. Görmə zəiflikləri, danışmaqda çətinlik, eşitmə zəifliyi kimi problemlər yarana bilər. Miqren krizindən sonra şəxs özünü tükənmiş, yorğun hiss edir.

Bu dəfə miqren krizi zamanı ev şəraitində ağrıları necə azaltmağın mümkünlüyü barədə araşdırmanı təqdim edirik:

Soyuq kompres tətbiq edin:
Miqren zamanı alnınıza soyuq kompres edin. Bunu 15 dəqiqədən artıq etməyin. Ağrının şiddətini azaldacaq.

Başınızın üzərindəki təzyiqi azaldın:

Belə ki, ağır bandana varsa və ya saçınızı bağlamısınızsa açın. Sıx bağlanmış saç yüngül ağrını şiddətləndirmək üçün zəmin yaradır.

Bir fincan çay və ya qəhvə için:

Kafein tərkibli içkilər miqreni azaltmağa kömək edir. Həmçinin vücudunuzun rahatlanmasına kömək edəcək. Bu zaman təzyiqinizi də yoxlamağı unutmayın.

Yanan gur işıqları söndürün.

Miqren zamanı işıq ağrını daha da şiddətləndirir. Həmçinin eyni anda gözlərdə də ağrı yaranmağa başlayır. Bu səbəbdən ağrı ərəfəsində qaranlıq otağa keçməyinizdə fayda vardır.
Bundan başqa ağrını azaldan alternativ yollar da mövcuddur:
Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Uçucu yağlar:

Ağrıları azaldır. Nanə yağı, baş ağrısı və ya miqren ağrısının müalicəsində istifadə edilən yağlardan hesab edilir. Tərkibindəki mentol, əzələləri genişləndirir, ağrını yüngülləşdirir.

Massaj:

Stress və gərginliyi azaldır. Xüsusilə boyun, çiyinlər arxasındakı əzələlərin gərginliyinin keçməsinə şərait yaradır.

Zəncəfil:

Bir çox tibbi araşdırma, baş ağrılarının müalicəsində zəncəfilin effektliyini sübuta yetirib. İltihabın qarşısını alır, baş ağrısı zamanı dil atına alınıb çeynənildiyi zaman faydalıdır.

Qırmızı bibər:

Güclü baş ağrılarının kəsilməsində faydası vardır. Pəhrizin bir hissəsi olaraq da istifadə edildiyi zaman gələcəkdə baş verə biləcək miqren ağrılarının qarşısını almağa kömək edir.

Bibəriyyə:

Bir çox krem, lasyon məhz bu bitki tərkiblidir. Həmçinin oynaq ağrıları üçün də effektlidir. Aparılan araşdırmalara görə, baş ağrıları zamanı da müsbət təsir göstərir. Yağı, alın hissəyə çəkərək massaj edə bilərsiniz.

Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Bundan əlavə miqren ağrılarının şiddətlənməməsi üçün qidalanmağınıza da diqqət yetirməlisiniz:

Gün ərzində zamanında yeməyinizi yeməyə diqqət göstərin.

Miqreni artıran qidalardan uzaq durun. Pendir, şokolad, spirtli içki, kafein kimi qidalar ağrıları şiddətləndirir.

Tünd şokolad yeyin:

Qeyd edək ki, südlü şokoladlardan fərqli olaraq tünd şokolad maqnezium qaynağıdır. Bu isə miqrenin yaratdığı baş ağrısı üçün azaldıcı təsirə malikdir.

Estrogen səviyyəsində baş verən dəyişiklik və ya pozuntu miqren ağrılarına səbəb ola bilir. Brokoli bu səviyyənin tənzimlənməsinə dəstək olaraq miqrenə qarşı istifadə edilə bilir. Miqreni olan insanların beyindəki maqnezium dəyərləri aşağı olduğundan bir çox insan maqnezium əlavəsini ağrıya qarşı olaraq istifadə edə bilər. İspanağın tərkibindəki maqnezium səviyyəsi miqren ağrılarına qarşı istifadə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 07 yanvar 2024

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır


masaj yuxuda sekis tecili tibbi yardim dis agrisi qarin agrisi
masaj
is elanlari