Kraş sindromu - Dağıntılardan sonra gələn bəla

Kraş sindromu - Dağıntılardan sonra gələn bəlaVücudun bir hissəsinin və ya tamamilə hamısının əzilməsi, təzyiqə məruz qalması nəticəsində yaranan əzələ ödəmi, şok, böyrək çatışmazlığı, ürək və tənəffüs çatışmazlığı kimi ciddi problemlərə səbəb olan vəziyyətə Kraş sindromu (Crush) deyilir. Əzilən əzələ hüceyrəsinin tərkibinin qana qarışması ilə meydana gəlir.

Doktorinfo.az məlumat verir ki, xalq arasında əzilmə sindromu olaraq da bilinir.

Kras sindromu ne ucun olur?

Yol qəzaları, iş qəzaları, müharibələr, səbəb olan faktorlar arasında yer alsa da bu sindromun ən çox rastlanılan səbəbi zəlzələdən sonra çöküşlər altında qalmaqdır. Dağıntılar altında qalıb xilas olan şəxslərdə qarşılaşılan ən vacib problem Kraş sindromu və sindrom səbəbiylə inkişaf edən böyrək çatışmazlığıdır.

Kras sindromunun(Crush) elametleri nelerdir?

Metabalik və fiziki əlamətlər görülür.

Əzələlərdə şişmə və vücudda göyərmə

Əzələlərdə ağrı və sərtlik

Əzələlərdə güc itkisi və spazmlar

Halsızlıq

Nəfəs darlığı, tənəffüs çətinliyi

Mədə bulantısı, qusma

Qol və ayaqlarda şiddətli, azalmayan ağrı

Hərəkət məhdudluğu

Təzyiqin düşməsi

Deride reng deyiskenliyi

Sidiyin azalması və qəhvərəngli olması

Qan kreatinində artış

Şok
Kraş sindromu - Dağıntılardan sonra gələn bəlaKras sindromunun sebebleri nelerdir?

Əzələlərin əzildiyi və təzyiq altında qaldığı hər vəziyyətdə Kraş sindromundan söz edilə bilər. Xüsusilə zəlzələ sonrasında uzun müddət köç altında qalınması səbəbiylə yarandığı bilinsə də daha çox səbəbdən Kraş sindromu görülə bilər.

Əzilmə sindromunun səbəbləri 2 növdür:

Fiziki olmayan faktorlar: Spirtli içki istifadəsi, bəzi dərmanların əks təsirləri, hipopotasemi, infeksiyalar.

Fiziki faktorlar: Uzun müddət hərəkət etməmək, iş qəzaları, zəlzələlər, yol qəzaları, uzun müddət sabit duruş göstərmək.

Kraş sindromunun yaratdığı problem nələrdir?

Vücudda gerçəkləşən metabolik reaksiyalarla ölümcül problemlərə səbəb ola bilər:

Ürək çatışmazlığı

Ürəkdə ritm pozuntuları

Yüngül yaralanma olsa da qüvvətli ağrılar çəkmə

Böyrək funksiyalarında ciddi pozulmalar

Akut tənəffüs çatışmazlığı

Qandakı kalsium miqdarının normadan aşağı olması

Qandakı potassium səviyyələrinin normadan yüksək olması

Yüksək təzyiq

Periferik sinir zədələnməsi

Qastrointestinal qanaxmalar

Kraş sindromunda qidalanma necə olmalıdır?
Kraş sindromu - Dağıntılardan sonra gələn bəlaDağıntılardan çıxarılan şəxslərə dərhal su və ya meyvə suyu verilməsi yanlış müdaxilədir. Bu prosedur, əzələdə miqdarı artan hüceyrə içi mayenin dövran sistemi vasitəsiylə həyati orqanların funksiyalarının pozulmasına yol aça bilər. Bu zaman Kraş sindromu pəhrizi adı verilən qidalanma planı tətbiq edilir.

Bu pəhrizdə diqqət ediləsi məqam, protein və potassium səviyyələrini ola bildiyi qədər aşağı tutmaqdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 31 yanvar 2024

Oxşar xəbərlər

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr


masaj yuxuda boyrek agrisi hamilelik testi dis agrisi qarin agrisi
masaj
is elanlari