Kişilərin saçı bu səbəbdən tökülür

Kişilərin saçı bu səbəbdən tökülürBəzi kişilərin hətta qocalıqda gur saçları olur, bəziləri isə az qala 20 yaşında keçəlləşməyə başlayır. Bunun səbəbi əsasən irsiyyətdən asılı olan androgen mənşəli alopesiya, kişilərin başında saçlarının hissə-hissə tökülməsidir.
Xoşbəxtlikdən, 21-ci əsrdə genom sekvenasiyası adi haldır və nisbətən ucuzdur. Buna görə də, indi hətta bir çox kişilərin saçlarının tökülməsinə səbəb olan fərdi genlər haqqında da məlumatımız var. Bununla belə, müalicə üsulları və alopesiyanın erkən diaqnozu hələ də istədiyimiz səviyyədə deyil.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Nature Communications" elmi jurnalında dərc edilən məqalənin müəllifləri saç tökülməsi ilə əlaqəli yeni, daha nadir mutasiyalara diqqət çəkib.
Araşdırma üçün 72 mindən çox kişinin qeydləri alınıb. Alimlər onların saçlarının vəziyyətini qiymətləndiriblər: tam saç örtüyünün olması, alın hissəsində saçların tökülmə xətti, təpə hissəsində saçların seyrəlməsi və ya saçın çox hissəsinin tökülməsi. Həmçinin tədqiqi edilən şəxslərin yaşı da nəzərə alınıb.
Daha əvvəl genetiklər müəyyən etmişdilər ki, kişilərdə saç tökülməsi ilə əlaqəli ən çox rast gəlinən genetik variasiyalar 350 lokusunda - genomun kiçik bölgələrində yerləşir. Onların arasında cinsi "X" xromosomunda yerləşən və anadan irsən keçən androgen reseptor geni seçilir. Bu təəccüblü deyil, çünki saç tökülməsi kişi cinsi hormonlarının follikula təsiri ilə əlaqələndirilir.
Lakin əksər hallarda saç tökülməsinin genetik səbəbi daha mürəkkəb ola bilər. Buna daha az rast gəlinir və indiyədək nəzərə alınmayıb, çünki belə mutasiyaların aşkarlanması çoxlu sayda insan haqqında məlumat tələb edir. Bu boşluğu yeni araşdırma doldurub. Onun müəllifləri bir sıra genlərin dəqiq ardıcıllığını təyin etməli və xüsusi məlumatların təhlili metodlarından istifadə etməli olublar.
Nəticədə onlar beş gen ayırd edə biliblər: EDA2R, WNT10A, HEPH, CEPT1 və EIF3F. İlk ikisi əvvəllər "saçların tökülməsinin səbəbkarları" roluna namizəd hesab olunurdu. Belə ki, alimlər bu fərziyyəni təsdiqləyiblər və hər iki genin saç tökülmənin həm ümumi, həm də nadir mexanizmləri üçün vacib olduğunu göstərdilər.
Digər mühüm məqam, irsi saç və dəri xəstəliklərinin - məsələn, ektodermal displaziyanın inkişafında iştirak edən genlərin saç tökülməsində iştirakı ilə bağlıdır. Tədqiqatın nəticəsi eyni əlamətin - başda saç çatışmazlığının - bədəndəki müxtəlif proseslər səbəbindən necə yarana biləcəyini anlamağa kömək edib. Bu həm də o deməkdir ki, alopesiyanı müalicə edərkən bu müxtəliflik nəzərə alınmalıdır.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 29 sentyabr 2023

Oxşar xəbərlər

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir


masaj yuxuda sekis mede agrisi tecili tibbi yardim bogaz agrisi
masaj
is elanlari