Autizm xəstəliyi

Autizm xəstəliyiAutizm adətən ilk 3 yaşda başlayan və həyat boyu davam edən, şəxsin ətrafla münasibət qurmaması fonunda özünü ifadə edən inkişaf pozğunluğudur.

Doktorinfo.az xəbər verir ki, müasir zamanda artıq sadə analiz vasitəsilə diaqnozu qoyula bilər. Autizm şübhəsi, uşağın nitqinin gecikməsi və ya ətrafa maraqsız baxması, reaksiyasının olmaması ilə yaranır. Erkən diaqnoz həyati əhəmiyyət kəsb edir.

Autizmin yaranma sebebi

Səbəbi tam olaraq məlum deyil. Alimlər genetik səbəbdən baş verə biləcəyini vurğulayırlar. Autizm xəstələrinin 70 faizində zəka geriliyi mövcuddur. 10 faizində isə daha üst zəka müşahidə edilir. Həmin şəxslərdə bu xəstəliklə yanaşı duyğu pozğunluqları, epilepsiya xəstəliyi müşahidə edilə bilər. Bütün autizm xəstəlikləri eyni deyildir. Hər uşaqda özünü müxtəlif formada, fərqli əlamətlərlə biruzə verə bilər. Növü isə həkimin ətraflı müayinəsindən sonra deyilə bilər.

Autizm xəstəliyiAutizm xesteliyinin diaqnozu nece qoyulur?

Bir uşağa autizm diaqnozunun qoyula bilməsi üçün aşağıdakı əlamətlərdən ən az 6-ı müşahidə edilməlidir.

-Göz təması qurmaması, oyun oynama bacarığının olmaması

-Hiss və duyğularının ifadə edilməsində çətinlik

-Xəyali oyunları qurmaması

-Bəsit hərəkətləri təkrarlamamaq

-Adına reaksiyanın verilməməsi

-Həddindən çox hərəkətlilik və ya heç hərəkət etməmək

-Oyuncaqlara maraq göstərməməsi

-Öz ətrafında fırlanma hərəkətinin həddindən artıq olması

-İnsanlar arasında dialoqun qurulmaması

-Sosial mühitə daxil ola bilməmək

-Həddindən artıq inadkarlıq

- İnkişafdan geri qalmaq

-Adına reaksiyanın verilməməsi

-Təhlükəyə qarşı hissiyyatsızlıq

-Göz təması qurmamaq

Əlamətlər uşaqlarda artıq ilk 6 ay ilə bir yaş arası müşahidə edilə bilər.

Autizm xəstəliyiAutizm əlamətləri aylara görə bu formada müəyyən edilir:

1-ci ay: Adətən üzə baxmazlar

2-ci ay: Gülümsəmə müşahidə edilməz

2-3-cü ay: Əl hərəkətinə və döngəsinə diqqətin verilməməsi

İlk 6 ay: Qavrama bacarığının olmaması, ətraf mühitə qayğısız yanaşması

4-7 ay: Üz ifadələrini müəyyən etməz, nitqin olmaması, çıxarılan səslərin təkrarlanmaması

8-24 ay: Səsləndiyin zaman cavabın verilməməsi, yaşa uyğun üz ifadələrindən istifadə edilməməsi

Əgər bu əlamətlər müşahidə edilərsə gecikdirilmədən mütəxəssis baxışı mütləqdir.

Autizmin mualicesi nece aparilir?

Bu xəstəlik üçün erkən diaqnoz olduqca əhəmiyyət kəsb edir. Bunun üçün xüsusi təhsil və terapiyalar mövcuddur.

Seçilən müalicə növünün ailə üçün uyğun olması da vacibdir.

Müalicə növlərinə danışıq, musiqi, incəsənət terapiyası, motorikanın, münasibət qurma bacarıqlarının inkişaf etdirilməsi daxildir.
Burada məqsəd autizm əlamətlərini mümkün olduğu qədər azaltmaq, əl və duyğu bacarıqlarının mümkün qədər inkişaf etdirməkdir.
Dərmanlar, xəstəliklə yanaşı depressiya, diqqət əksikliyi və s . kimi narahatçılıqlar müşahidə edildiyi zaman istifadə edilir.

Autizm xəstəliyiAutizm xəstəliyinin qarşısı alına bilərmi?

Bunun bir yolu yoxdur, sadəcə düzgün müalicə seçimləri vardır. Bununla davranış və bacarıqların inkişafı mümkün hala gələ bilər. Qeyd edək ki, müalicə hər yaşa, müşahidə edilən əlamətlərə görə fərdi seçilir.

Bəzən valideynlər illərlə yanlış müalicə edərək beyin qidalandırıcı vitaminlər verirlər. Qeyd edək ki, bunun üçün uşaq və yeniyetmə psixiatrına müraciət etməlisiniz və o sizi ehtiyac olarsa nevroloqa yönləndirəcəkdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 24 iyul 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari