Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ziyandır?

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ziyandır?Kompüter oyunları, smartfon və ya planşetdən istifadə həyatımızda hərəkətin azalmasına səbəb olan amillərdəndir. Bu fəaliyyətlər adətən oturaraq və ya hərəkətsiz şəkildə edilir.
Bundan əlavə, tədqiqatçılar smartfondan istifadənin yaddaşa mənfi təsir etdiyini bildirirlər. Həyatımızın əvəzedilməz parçasına çevrilən cib telefonları uzun müddətli istifadədə ciddi xəstəliklərə səbəb olur.
Milli.Az bizim.media-ya istinadən oturaq həyat tərzini və smartfonların insan həyatına zərərlərini təqdim edir: Ürək xəstəlikləri Oturaq həyat tərzi qan təzyiqinin, xolesterol səviyyəsinin artmasına, çəki artımına və 2-ci tip diabetin inkişafına kömək edə bilər.
Bu amillər ürək xəstəliyi riskini artırır. Əzələ zəifliyi və skelet sistemi problemləri Hərəkətsizlik əzələlərin zəifləməsinə səbəb ola bilər. Bu vəziyyət əzələ-skelet sistemi problemlərinə, oynaqlarda ağrılara və hərəkətin məhdudlaşdırılmasına zəmin yaradır.
Stress, narahatlıq və depressiya Fiziki cəhətdən aktiv olduğunuz zaman beyniniz əhvalınızı yüksəldən serotonin adlı kimyəvi maddə ifraz edir. Fiziki fəaliyyət olmadan, daha az serotonin ifraz olunur, buna görə də emosiya və motivasiya azala bilər.
Daha az motivasiya olduqda isə psixi sağlamlığınızı idarə etmək çətinləşir. Yuxu problemləri Hərəkətsizlik yuxu problemlərinə səbəb ola bilər. Müntəzəm fiziki fəaliyyətlə məşğul olmamaq yuxu keyfiyyətinə mənfi təsir göstərir və yuxu pozğunluğunu yaradır. Tədqiqatlar göstərir ki, həddindən artıq telefon istifadəsi nəticəsində radiasiyaya məruz qalma təkcə beyinə dağıdıvı təsir edir.
Skelet pozğunluğuna səbəb olur Uşaqlıq dövrü insanların yalnız əqli, mənəvi və emosional deyil, həm də fiziki cəhətdən sürətli inkişaf və dəyişikliyə məruz qaldığı bir dövrdür. Uşağın skelet sistemi inkişaf etməyə və forma almağa davam edərkən, gün ərzində mütəmadi telefonla vaxt keçirdikdə, boyundakı fəqərələr, barmaqlar əyilir, və bel fəqərələrində deformasiya yaranır.
Beləliklə sümük sistemində baş verən inkişaf pozğunluqları zamanla öz yerini tapır və qalıcı olur. Daim ekrana baxmaq gözləri yorur Uşaq ekrana baxarkən qırpmalarının sayı azalır. Normaldan az qırpma gözün səthindəki yaşların buxarlanmasına səbəb olur.
Hər göz qırpımında göz yaşları gözü yuyur, qidalandırır, təmizləyir və nəmləndirir, göz qapağının asanlıqla açılıb bağlanmasına şərait yaradır. Göz az qırpıldıqda quruluq, sancma, yanma və qızartı yaranmaqla bərabər, infeksiya riski artır, gözlər zəifləməyə başlayır.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 30 sentyabr 2023

Oxşar xəbərlər

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda hamilelik testi qarin agrisi babasil mualicesi boyrek agrisi
masaj
is elanlari