Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi - FOTO

Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi - FOTOPəhriz kolaları, yoqurtlar, sorma konfetlər və saqqızlar kimi onlarla ümumi qidada olan süni dadlandırıcı aspartam uzun müddət təhlükəsiz hesab olunub. Ancaq bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fikrini dəyişib. Təşkilat aspartamı xərçəng riskini artıran potensial kanserogen elan edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Xərçəng Xəstəliyinin Öyrənilməsi üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin saytında xəbər verilib.
ÜST maddəni qadağan etməyib, lakin eyni zamanda ən təhlükəli dozanı - gündə 40 mq/kq təyin edib. Təşkilat həmçinin şirkətləri tərkibində dadlandırıcı olan məhsulların etiketində "ehtimal ki, kanserogen" sözləri yazmağa məcbur etmək istəyir.
Qeyd edək ki, təşkilat hələ may ayında süni dadlandırıcılar olan içkilərdən uzaq durmağa çağırmışdı. Açıqlanan tövsiyəyə görə, dadlandırıcılar nə böyüklər, nə də uşaqları arıqlamağa kömək etmir. Üstəlik, ekspertlər müəyyən ediblər ki, aspartam və digər dadlandırıcılardan istifadə ikinci tip şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır və ümumiyyətlə, ölüm riskini artırır.
Belə məhsulların zərərləri
Məsələ ilə bağlı rusiyalı diyetoloq, nutrisioloq və fizioterapevt Antonina Leontiyeva danışıb. O, tərkibində aspartam olan qazlı şirələrin müəyyən üstünlüklərə malik olduğunu etiraf edib. Birincisi, bu içkilərdə həqiqətən demək olar ki, heç bir kalori olmur, bu da arıqlamaq istəyən insanları cəlb edir. İkincisi, qanda qlükoza səviyyəsini artırmır. Lakin ekspertin fikrincə, sintetik dadlandırıcıların mənfi təsiri istənilən faydanı faydasız edir. Onun sözlərinə görə, belə məhsulların müntəzəm istifadəsi bağırsaqlarda disbakterioza və onun işinin pozulmasına səbəb olur.
Şəkər əvəzedicilərinin digər təsiri sinir sistemi ilə bağlıdır. Məsələ burasındadır ki, ağıza aspartam və ya başqa bir dadlandırıcı əlavə etdikdə bu barədə siqnallar beyinə gedir. Sonra bütöv bir reaksiya kaskadı başlayır: orqanizmdə karbon mübadiləsi başlayır. Lakin mədəyə qlükoza daxil olmur. Nəticədə proses boşa gedir. Diyetoloq uzunmüddətli perspektivdə bunun pozuntulara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bəs aspartamı nə ilə əvəz etmək olar?
Diyetoloq aspartamı əvəzləməməyi, ümumiyyətlə şəkərə alternativ tapmağa çalışmamağı, bu vərdişdən tamamilə qurtulmağa səy göstərməyi və ya şirniyyat istehlakını məqbul həddə məhdudlaşdırmağı tövsiyə edib. O qeyd edib ki, adətən desertlərə olan böyük həvəs bədənin insulinə ehtiyacı ilə deyil, psixoloji amillər, hormonal pozğunluqlar və ya dəmir kimi vacib maddələrin çatışmazlığı səbəbindəndir.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 15 iyul 2023

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi hamilelik testi dis agrisi
masaj
is elanlari