Həkimlərə ehtiyac qalmayacaq? - SÜNİ İNTELLEKT dəqiq diaqnozla təəccübləndirdi

Həkimlərə ehtiyac qalmayacaq? - SÜNİ İNTELLEKT dəqiq diaqnozla təəccübləndirdiYeni süni intellekt aləti həkimlərin qeydləri və xəstələrin məlumatları əsasında insanın ölüm riskini, yenidən xəstəxanaya yerləşdirilmə ehtimalını və onlara qulluq üçün tələb olunan prosedurları dəqiq proqnozlaşdırmaq qabiliyyətini nümayiş etdirib.
"NYU Grossman School of Medicine"-də bir komanda tərəfindən hazırlanmış proqram hazırda səhiyyənin standart hissəsi olmaq ümidi ilə universitetin Nyu-York xəstəxanasında istifadə olunur.
"Nature" jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi neyrocərrah və kompüter proqramçısı Erik Oermanndır.
O bildirib ki, proqnozlaşdırıcı modellər tibdə süni intellekt mövcud olmadan əvvəl məlum olub.
"Biz bu layihəyə tibbi qeydlərdən məlumat mənbəyimiz kimi istifadə edə biləcəyimizi və sonra bunun əsasında proqnozlaşdırıcı modellər quracağımızı düşünərək başladıq. NYUtron adlı bu böyük dil modeli 2011-ci ilin yanvarından 2020-ci ilin mayına qədər Nyu-York Universitetinin Langone xəstəxanalarında müalicə olunan 387.000 insanın sağlamlıq qeydlərindən milyonlarla klinik qeydləri öyrənib. Bunlara xəstəliyin gedişi qeydləri, radiologiya hesabatları və evdən buraxılan xəstələr haqqında qeydlər daxildir. Beləliklə, həkimlər tərəfindən yazılmış bütün qeydlər, nəticədə 4,1 milyard sözdən ibarət bir korpus, süni intellekt dil modelinə verilib",-deyə müəllif qeyd edib.
Bu tədqiqatın əsas problemlərindən biri, həkimlərin seçdiyi abbreviaturalar da daxil olmaqla, fərdlər arasında çox fərqli olan təbii dilin təfsiri olub.
Baş verənlərin qeydlərinə baxaraq, tədqiqatçılar proqram təminatı tərəfindən verilən proqnozların nə qədər doğru olub-olmadığını hesablayıblar. Bu şəkildə proqram canlı mühitlərdə də sınaqdan keçirilib.
Məlumata görə, NYUtron xəstəxanada ölən insanların 95 faizini və 30 gün ərzində xəstəxanaya qayıdacaq xəstələrin 80 faizini düzgün müəyyənləşdirib.
NYUtron həmçinin, xəstələrin xəstəxanada qalma müddətinin 79 faizini və xəstənin əsas xəstəliyi ilə bağlı olan halların 89 faizini dəqiq qiymətləndirib.
Bu yüksək dəqiqlik dərəcələri ilə NYUron bu günə qədər istifadə edilən bütün qeyri-AI kompüter modellərini, eləcə də həkimlərin özlərinin ardıcıl proqnozlarını üstələyə bilib.
Müəllif süni intellektin heç vaxt həkim-xəstə münasibətlərini əvəz etməyəcəyini desə də, bu cür proqramların tezliklə bütün xəstəxanalarda tətbiq ediləcəyini düşünür.
medicalmedia.az 
Saglamolun.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 11 iyun 2023

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak


masaj yuxuda hamilelik testi cinsi xestelikler sekis mede agrisi
masaj
is elanlari