Günəş allergiyası nədir?

Günəş allergiyası nədir?Bir çox insan günəş allergiyasından əziyyət çəkir. Belə ki, bir sıra insanlarda xüsusi müdaxiləyə ehtiyac olmur, özlüyündən keçir, digər bəzi insanlarda isə şiddətli qızarıqlıqlar yarana bilər ki, bunun üçün müalicəyə ehtiyac olur.

Günəş allergiyası nədən olur?

Günəş allergiyaları, günəşə məruz qalan dəridə meydana gələn dəyişikliklərlə şiddətlənə bilir. Vücudun bu reaksiyasının səbəbi dəqiq bilinmir. İmmunitet sistemi günəşdən təsirlənən dərinin bəzi hüceyrələrini "yad" olaraq görür və vücud buna qarşı özünümüdafiə mexanizminə keçir. Bu isə qızarıqlıq, kiçik qabarcıqlar və ya nadirən dəri səpkiləri formasında özünü göstərir. Günəş allergiyası adətən həssas dəriyə məxsus insanlarda görülür və bəzi zamanlarda isə günəşə yalnız bir neçə dəqiqə məruz qalmaq kifayət edə bilir.

Günəş allergiyasının əlamətləri nələrdir?

Günəşə məruz qaldıqdan bir neçə dəqiqə, saat və ya gün sonra meydana çıxa bilər. Məruz qalan dəri səthi miqdarına, günəşdə qalma müddətinə, işığın çoxluğuna və allergiyanın növü ilə bağlı olaraq simptomlar yüngül ilə şiddətli arasında dəyişiklik göstərir. Səpkilər adətən günəş işığına məruz qalan nahiyələrdə görülür. Bəzi anlarda isə fərqli nahiyələrdə müşahidə edilə bilər. Günəş allergiyasının simptomları aşağıdakı kimidir:

Qızarıqlıq

Qabarcıqlar

Qabıqlanma

Yanma hissi

Şişkinlik
Günəş allergiyası nədir?Günəş allergiyası kimlərdə görülür?

Kişilərlə müqayisədə qadınlarda daha çox müşahidə edilir. Hər yaş qrupuna mənsub şəxslərdə meydana çıxa bilər. Ancaq bəzi vəziyyətlər bu allergiyanın görülmə riskini artıra bilər. Bunlar aşağıdakılardır:

Genetik faktor - Ailə üzvlərindən ən azı birində bu növ allergiya müşahidə olunarsa bu yaranma riskini artırır.

Bəzi dərmanlardan istifadə də ehtimalı artırır.

Allergiyaya səbəb yaradacaq ətir və dezinfeksiya kimi fərqli kimyəvi maddələri uzunmüddət istifadə etmək də riski çoxaldır.

Günəş allergiyasının diaqnozu necə qoyulur?

Dermatoloqlar və ya uzman mütəxəssislər tərəfindən aparılan fiziki müayinədən sonra diqnoz dəqiq qoyulur. Bu allergiya, adətən dərinin günəşə məruz qalmasından bir neçə müddət sonra ortaya çıxdığı üçün mütəxəssis tərəfindən pasiyentə suallar verilə bilər. Həmçinin şəxsin istifadə etdiyi dərmanlar, dərisinə çəkdiyi kimyəvi maddələr haqqında həkim məlumatlandırılmalıdır. Eyni zamanda həkim, bəzi analizlər tələb edə bilər.

Günəş allergiyasının müalicəsi varmı?
Günəş allergiyası nədir?Müalicə nəticələrə uyğun olaraq təyin edilir. Belə şəxslər günəş işığının altında qalmaqdan qaçınmalıdır. Günəşə məruz qalan, qorunmayan və ya daha şiddətli reaksiyalar göstərən insanlar üçün mütəxəssis tərəfindən dərman və ya fitoterapiya kimi alternativ üsullar təqdim edilə bilər. Dərman müalicəsi adətən meydana gələn dəri səpkilərini minimuma endirmək, qızartı, qaşıntını aradan qaldırmaq üçün verilə bilər.

Günəş yanığı ilə günəş allergiyası eynidir?

Yanıq, dərinin günəş şüalarına uzunmüddət məruz qalması nəticəsində meydana çıxan vəziyyətdir. Günəş kremi çəkmədən və ya qorumasız uzunmüddət günəş şüaları altında duran şəxslərdə belə yanıqlar yarana bilər.

Allergiyanın yaranması üçün isə şəxsin günəş şüalarına sadəcə 1- 2 dəqiqə məruz qalması kifayət edir. Həmçinin yanıqdan fərqli olaraq dəridə qaşıntı, şişkinlik, yanma, batma kimi simptomlara yol aça bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 30 avqust 2023

Oxşar xəbərlər

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını


masaj yuxuda goz hekimi hamilelik testi tecili yardim cinsi xestelikler
masaj
is elanlari