Göz ağrısı

Göz ağrısıGöz ağrısı, əksər insanlarda ara-sıra müşayiət edilən, ancaq nadirən ciddi tibbi vəziyyətdən qaynaqlanan ağrı növüdür. Göz ağrısı, ağrını gözün hansı hissəsində başlamasına bağlı olaraq ikiyə ayrılır. Əksər zaman xüsusi müalicəyə ehtiyac olmadan keçib gedir.

Doktorinfo.az məlumat verir ki, ağrılar yanma və ya qaşıntı formasında hiss edilə bilər. Ağrılar adətən yad bir cism, infeksiya və ya travmadan qaynaqlanan zədə nəticəsində yaranır. Bu növ göz ağrıları əksər zaman, göz damlası və ya dincəlmə ilə asanlıqla müalicə edilir.
Göz ağrısıGözün dərinliklərində ortaya çıxan göz ağrıları isə bıçaqlanma və ya zonquldama formasında hiss edilir.

Goz agrisi ne ucun olur?

Göz ağrısı hər iki gözdə hiss edilə biləcəyi kimi, miqren kimi xəstəliklər zamanı da sağ göz ağrısı ya da sol göz ağrısı tək başına yaşana bilər.

Goz agrisinin sebebleri nelerdir?

Yad cismin daxil olması – Kirpik, toz və ya makiyaj qalıntıları kimi yad maddələr gözdə zədələrə, qızarlıqlığa, ağrıya səbəb ola bilir.

Konjonktivit – Gözün önünü və göz qapağının altını əhatə edən toxumadır. Bu toxumada allergiya ya da bir bakteriya və ya virus qaynaqlı infeksiya yaranan bilər.
Ağrı adətən yüngül olsa da iltihab gözdə qaşıntı, qızarıqlıq və axıntıya səbəb olur.
Göz ağrısıZədə - Kimyəvi yanıqlar ya da qığılcım sıçraması kimi parama yanıqları, gözdə ciddi ağrılara səbəb ola bilir.

Blefarit – Göz qapağının kənarındakı yağ vəzlərinin infeksiya və ya iltihablanması nəticəsində ortaya çıxır. Blefarit infeksiyası, göz qapağı üzərində bir qabarıqlıq yaradırsa arpacıq olaraq adlandırılır. Ətrafındakı toxuma adətən həssas olur.

Gözün içində hiss edilən orbital ağrılara aşağıdakı göstəricilə səbəb ola bilir:

Göz pozğunluğu – Miopiya və ya hipermetrop şəxslərdə tez-tez goz agrisi şikayəti ola bilir. Bu tip görmə qüsurlarında, göz müayinəsi sonrasında müəyyənləşən uyğun eynək ağrılarınızı azaldacaqdır.
Göz ağrısıQlokom – Göz içi təzyiqi yüksəkliyi ilə seyr edilən xəstəlikdir. Səbəb olduğu əlavə simptomlar arasında mədə bulantısı, baş ağrısı və görmə itkisi mövcud olur. Qalıcı görmə itkisinin qarşısını almaq üçün təcili müdaxiləyə ehtiyac vardır.

Sinüzit – Sinüslərin infeksiyası, gözlərin arxasındakı təzyiqinin artmasına səbəb ola bilir. Bu ağrı bəzən tək tərəfli hiss edilə biləcəyi kimi bəzən iki gözdə də hiss edilir.

Müalicəsi altda yatan səbəbə görə edilir. Adətən eynək, göz damlaları, antibiotiklər, antihistaminiklər, ağrıkəsici dərmanlardan istifadə edilir. Gərəkli olanda cərrahi müdaxilə ola bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 23 yanvar 2024

Oxşar xəbərlər

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə


masaj yuxuda tecili tibbi yardim mede agrisi goz hekimi cinsi xestelikler
masaj
is elanlari