Görmə qabiliyyətini pozan GÜNDƏLİK VƏRDİŞLƏR - Həkim açıqladı

Görmə qabiliyyətini pozan GÜNDƏLİK VƏRDİŞLƏR - Həkim açıqladıGörmə problemləri çox vaxt genetik meyilli hesab olunurlar. Bununla belə, ümumi gündəlik vərdişlər də daxil olmaqla, görmə qabiliyyətinin zəifləməsinə səbəb olan başqa amillər də var.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu amillər haqqında sentyabrın 26-da rusiyalı oftalmoloq, mikrocərrah, lazer cərrahı, tibb elmləri namizədi Svetlana Mirqorodskaya danışıb.
Onun sözlərinə görə bu amillərdən biri yaxın məsafədən baxdıqda artan göz yorğunluğudur.
"Görmə sistemi üçün komfort iş şəraiti yalnız biz uzaq məsafəyə baxanda yaradılır. Yaxın məsafədə görmə yükü nə qədər çox olarsa, göz əzələlərinin yüklənməsi bir o qədər çox olur. Buna görə də, kompüter qarşısında işləyərkən və ya məsələn, oxuyarkən fasilə vermək lazımdır. Bir saat işlədikdən və ya oxuduqdan sonra ən azı 5-10 dəqiqə diqqətinizi yayındırıb, uzağa baxmaq lazımdır", - deyə Mirqorodskaya bildirib.
Bundan əlavə, gərginliyi artıran, əzələ spazmına və "quru göz" sindromuna səbəb olan aşağı və ya yüksək işıqlandırma şəraitində görmə orqanlarının yüklənməsi də mənfi təsir göstərir. Bu baxımdan optimal işıqlandırma şəraitində işləmək lazımdır.
"Gözə zərərli olan digər bir vərdiş də uzanmış vəziyyətdə oxumaq və kompüterdə işləməkdir. Bu vəziyyətdə işləyərkən boyun əzələlərində gərginlik artır, baş, boyun və gözlərin qan təchizatı pisləşə bilər. Bundan əlavə, göz əzələləri daha çox yüklənir - bucaq altında baxarkən gözlər təsviri "tamamlamalı" olurlar. Ona görə də uzanaraq işləməkdən, kitab oxumaqdan çəkinmək daha yaxşı olardı", - deyə oftalmoloq əlavə edib.
O, həmçinin göz sağlamlığı üçün miopiyanın (yaxındangörmə) inkişafını ləngidən dopamin və D vitamininin bədəndə kifayət qədər olmasının vacib olduğunu qeyd edib.
"Dopamin və D vitamini yalnız gün işığında ən azı iki saat gəzəndə kifayət qədər miqdarda ifraz olunur. Onların çatışmazlığına həssas olanlara əczaçılıq məhsullarının köməyi ilə bu çatışmazlığı aradan qaldırmaq tövsiyə olunur. Ancaq yalnız həkimlə məsləhətləşdikdən sonra", - deyə mütəxəssis vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, hormonal fonu və qanda şəkərin miqdarını izləmək vacibdir. Bunun üçün müntəzəm olaraq müayinələrdən keçmək lazımdır.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari