Geniş yayılmış diş əti xəstəlikləri hansılardır?

Geniş yayılmış diş əti xəstəlikləri hansılardır?Ağız və diş qulluğunun lazımi səviyyədə edilməməsi, düzgün qidalanmamaq, həmçinin bəzi xəstəliklər səbəbilə meydana çıxan infeksiyalar diş ətlərində iltihaba səbəb olur. Bu növ iltihab adətən yemək yemə, ağız hərəkətləri zamanı çətinlik yaradır. Kiçik iltihablar diqqət edildiyi zaman tez müddətdə sağalır. Ancaq iltihabın böyük olması və 4-5 gündən artıq davam etməsi həkim baxışını mütləq hala gətirir. Çünki iltihab dişin çürüməsi ilə nəticələnə bilər.

Gigiyenasına düzgün diqqət etmədiyiniz diş əti problemləriniz dişlərinizin itirilməsi ilə nəticələnə bilər.

Diş iltihabı nədir?

Diş əti iltihabı, geniş yayılmış bakterial mənşəli infeksiyaların yol açdığı xəstəlikdir. Əksər diş itkilərinin başlanğıc hissəsi məhz diş əti iltihabı ilə əlaqəlidir.

Diş əti iltihabının əlamətləri nədir?

İlkin başlanğıcda hansısa əlamətləri göstərməyə bilər. Ən geniş yayılmış simptomları sizə təqdim edirik:

Diş ətlərində həssaslıq, şişlik, qızarıqlıq

Ağ rəngli iltihabın görülməsi

Diş fırçalama və ya diş sapından istifadə zamanı yaranan qanaxma

Çeynəmə və ya danışan zaman yaranan ağrı

Ağız qoxusu

Geniş yayılmış diş əti xəstəlikləri hansılardır?Diş iltihabı nə zaman yaranır?

Düzgün olmayan diş qulluğunu qeyd etsək də digər bəzi nüanslar da diş əti iltihabına yol aça bilir:

Siqaretdən istifadə

Şəkər xəstəliyi

Bəzi dərmanların istifadəsi

Hamiləlik

Plombların düzgün qoyulmaması

Genetik faktorlar

Diş əti iltihabının diaqnozu necə qoyulur?

Dişlərdə həssaslıq, şişlik, iltihab və s. şikayətlərdə həkimə müraciət edən pasiyentlərin əksəriyyətində diaqnoz müayinə əsnasında asanlıqla qoyula bilir. Bununla yanaşı şəxsin öncədən keçirdiyi xəstəliklər, əməliyyatlar ətraflı şəkildə öyrənilir. Müayinə əsnasında dişlə yanaşı, damaqlar, ağız və dil də yoxlanılır. Diş arasında mövcud olan oyuqlar və diş çəpərləri müayinə edilir. Əgər səbəbi dərhal təyin oluna bilmirsə bu zaman diş və diş ətlərinin rentgeni istənilə bilər.

Geniş yayılmış diş əti xəstəlikləri hansılardır?Diş əti iltihabının müalicəsi necə edilir?

Erkən diaqnoz müalicənin effektliyini artırır. Bununla da diş laxlamadan və ya düşmədən qarşısı alınır.
Bununla yanaşı professional formada diş və diş ətləri daşlardan təmizlənir. Bakterial səbəblər aradan qaldırılır. Gərək duyulduğu zaman diş ətinə müəyyən iynələr vurulur.
Əgər protez varsa, yaranan nasazlıqlar düzəldilir.
Bundan sonra isə stomatoloq tərəfindən evdə tətbiq etmək üçün müəyyən ağız qulluq vasitələri tövsiyə edilir. Həmçinin problemi olan pasiyentlərə gündə 3 dəfə doğru şəkildə diş fırçalamaları məsləhət edilir. Diş sapından istifadə isə müalicənin effektliyini artıracaqdır.

Duzlu su ilə qarqara faydalıdırmı?

Diş əti iltihabının müalicəsində istifadə edilən duzlu su təbii vasitələr içərisində əsas yer tutur. Ancaq duzlu su ağızdakı bəzi yaralara mənfi təsir göstərə biləcəyindən istifadədən öncə həkimlə danışmaq tövsiyə edilir.

Periodontal xəstəliklər nədir?

Diş əti xəstəliklərinin ümumiləşdirilmiş adıdır. Ən çox yayılanları isə təqdim edirik:

Geniş yayılmış diş əti xəstəlikləri hansılardır?Gingivit – geniş yayılmış problemdir. Adətən kəskin ağrıya yol açmaz, ən mülayim formadır. Ancaq bununla yanaşı diş ətlərinin qızarması, ağızdan pis qoxunun gəlməsi, şişliyin olması müşahidə edilə bilər. Tamamilə müalicə ilə keçə bilən problemdir.

Parodontit – Yavaş irəliləyir və ilkin zamanlarda heç bir narahatçılıq yaratmır. Buna səbəb adətən toxumalardakı iltibahi proses olur. Adətən gənc yaşlarda rast gəlinir.

Nekrotik parodontitlər – Vaxtında müayinə və müalicəyə ehtiyacı olan diş əti xəstəliyidir. Əks halda sümük əriməsi belə müşahidə edilə bilər. Adətən stresli həyat, ağız gigiyenasına diqqət edilmədikdə, immun sistemi aşağı düşdükdə bu problemlə qarşılaşmaq ehtimalı yüksəlir. Əsas əlaməti isə kəskin ağrıdır.

Diş əti absesi – Diş ətlərinə yad cismin batması nəticəsində yaranan iltihabi prosesdir. Müalicə edilmədiyi təqdirdə infeksiya toplanır və ağrı, şişmə baş verir. Nəticədə isə problem dərin toxumalara qədər irəliləyir.

Bu kimi problemlərin dəqiq diaqnozu isə ətraflı müayinə əsasında stomatoloq tərəfindən qoyulur.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 18 oktyabr 2023

Oxşar xəbərlər

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari