Əzələ ağrısı

Əzələ ağrısıƏzələ ağrısı bir çox insanda meydana gələn bir problemdir. Gündəlik həyata mənfi istiqamətdə təsir göstərən əzələ ağrısı adətən vücudu çox istifadə edən və yoran şəxslərdə meydana gəlir.

Doktorinfo.az məlumat verir ki, vücudda olan əzələlər vücudumuzun qüvvətli və dik duruşuna kömək edir. Əzələlərdə meydana gələn problemlər bütün bədənə mənfi təsir göstərir. Əzələ ağrıları şəxsə mənfi anlar yaşada bilər.

Gündəlik həyatda əzələ ağrısı yaşamış olan şəxslərin ağlına ilk gələn suallardan biri "Əzələ ağrısı necə keçər?"dir. İş həyatındakı sıxıntı, idman, təmizlik kimi vəziyyətlərdə yorğun düşən vücudumuz ilə bərabər əzələlərdə ağrılar yaşanması qaçınılmaz olur. Evdə edilə biləcək hərəkətlər ilə əzələ ağrıları qısa zamanda yaxşılaşa bilər. Ancaq ezele agrilari xronikləşə və heç bir texnika ilə olmursa tibbi müalicəyə ehtiyac ola bilər.

Ezele agrisi ne ucun olur?
Əzələ ağrısıƏzələ ağrılarının birdən çox səbəbi ola bilər. Ən geniş yayılanı təqdim edirik:

Yanlış qidalanma: Düzgün qidalanma vücud üçün çox önəmlidir. Şəxs kifayət qədər doğru qidalanmasa əzələ ağrısı meydana gələ bilər. Sağlam vücud üçün D vitamin qəbuluna diqqət yetirmək lazımdır.

Burxulma: Belə vəziyyətlərdə əzələ ağrısı yarana bilər. Bu zaman ağrılı və gərgin duyğu meydana çıxa bilər.

Sıxıntı: Sıxıntı, narahatçılıqlar ilə mübarizə aparmağı gücləşdirir. Xəstə və stress yaşayan şəxslərin əzələlərində bədən iltihablanma və infeksiya ilə mübarizə etdiyi üçün ağrı yarana bilər.

Az yatmaq: Yuxusuzluğun bədən üzərində yaratdığı mənfi təsirlər kifayət qədərdir. Kifayət qədər yuxusunu almayan şəxs əzələ ağrısı yaşaya bilər.

Həddindən çox idmanla məşğul olmaq: İdmanla çox məşğul olmaq əzələləri həddindən çox gərginləşdirir. Bu da kəskin ağrılara yol aça bilər.
Əzələ ağrısıEzele agrisi nece kece biler?

Vücudumuz hərəkət etmə üzərində proqramlanıb. Ancaq vəziyyət bəzən əksi ola bilir. Bu vəziyyətdə ən çox təsirlənən məhz əzələlər olur. Bunun üçün əzələlər hərəkət etdikləri zaman qüvvətlənir. Əzələ ağrılarının keçməsini təmin edən bəzi üsulları təqdim edirik:

Bol miqdarda su için – Gündəlik 2 litr mayeyə ehtiyac vardır.

Fiziki hərəkətlərdən sonra ağrı yaranarsa bol-bol əzələ üçün faydalı hərəkətlər edin.

Əzələ ağrısıAğrıyan nahiyəyə buz kompresi edə bilərsiniz.

Ağrıyan hissəyə massaj edə bilərsiniz.

Sarğı ilə narahat olan nahiyəni bağlaya bilərsiniz.

Stress yaradacaq məkanlardan uzaqlaşmağınız tövsiyədir.

Daima oturaq işiniz vardırsa oturma pozisiyalarına diqqət göstərin. Belə ki, yanlış formada oturma əzələ ağrısına yol açmaqla yanaşı digər xəstəliklərə də zəmin hazırlayır.

Yatarkən, oturarkən vəziyyətinizə diqqət edin. Uzun müddət eyni pozisiyada qalmaq əzələ gərginliyinə, uyuşmasına yol aça bilər.

Özünüzü rahat etməyə çalışın. Məsələn, soyuq havalarda, gərgin iş rejimində özünüz də bilmədən bədən əzələləri özünü dartaraq gərginləşdirir. Bu səbəbdən rahatlaşdırıcı idman hərəkətləri sizə kömək edə bilər.

Uzunmüddət davam edən, sağalmayan və şiddətli ağrılar üçün mütləq mütəxəssis yanına müraciət etməlisiniz. D vitamin əksikliyi əzələ ağrısını yarada biləcəyi üçün qan analizi ilə bunu yoxlatdıra bilərsiniz.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 yanvar 2024

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari