Əlin şişməsi, Akromeqali nədir?

Əlin şişməsi, Akromeqali nədir?Əl, ayaq, üz kimi orqanlarda həddindən çox böyümə, iriləşmə və qabarlaşma ilə özünü göstərən və nadirən görülən Akromeqali xəstəliyi, ən çox hipofiz vəzinin böyümə hormonunun çox istehsalı nəticəsində baş verir. Adətən 30-50 yaş aralığında diaqnozu qoyulan Akromeqali xəstəliyinin müalicəsi isə cərrahi üsul, dərman və ya radioterapiya ilə həyata keçirilir.
Bu xəstəliyə ilk dəfə böyümə mənasını verən "Akromeqali" adını, 1886-cı ildə fransız həkimi Pierre Marie verib.

Bu xəstəlik nə üçün olur?

Səbəbləri arasında ən çox görüləni ön hipofizin BH istehsal olunan hüceyrələrindən çıxan xoşxassəli bir adenomdur. Adenomlar şiş olaraq da adlandırıla bilər, ancaq bunlar xərçəng deyildir. Akromeqalidəki adenom adətən böyük olur. Son illərdə xəstəliyin nadirən genetik ola biləcəyi bildirilib.

Əlamətləri nələrdir?
Əlin şişməsi, Akromeqali nədir?Adenomdan çox miqdarda istehsal olunan BH bağcıqlar, qığırdaq, sümük və vücudun digər orqanlarında böyüməyə səbəb olur.

İnsanlarda xəstəliyin ən erkən əlaməti yumşaq toxuma artışı ilə bağlı olan əl və ayaqlarda böyümənin görülməsidir. Bununla yanaşı zaman daxilində üz xətlərində iriləşmə, qaş xəttinin daha qabarıq olması, çənənin önə doğru çıxıntı ilə uzanması, burun, dodaq və dildə böyümə, dişlərin bir-birindən ayrılması, dərinin yağlanması, dəridə qalınlaşma, normadan çox tərləmə və s kimi dəri dəyişiklikləri meydana gəlir. Bununla birlikdə:

Əllərdə uyuşma (Karpel Tünel sindromu)

Səsdə qalınlaşma, xoruldama, burun tıxanıqlığı

Yorğunluq, oynaq ağrıları, baş ağrısı, görmə pozuntusu

Menstruasiyanın düzgün zamanda olmaması, süd vəzindən süd gəlməsi

Kişilərdə cinsi gücün azalması və istəksizlik Akromeqali əlamətləri arasında yer alır.
Əlin şişməsi, Akromeqali nədir?Diaqnozu necə qoyulur?

Əlamətlər yavaş irəlilədiyi üçün illərlə görülməyə bilər. Bu səbəbdən diaqnoz adətən 5-7 il gecikmə ilə qoyulur. Bu müddət ərzində hipofiz şişi də böyüyür və əksər zaman diaqnoz qoyulduğunda makroadenom olur. Bunun üçün bəzi analizlər də tələb edilə bilər. Qeyd edək ki, bu istiqamətdə endokrinoloq müayinə edir. Labaratoriya nəticələri əsasında xəstəliyin diaqnozu qoyulur.

Müalicə necə edilir?

İlk seçim hipofiz əməliyyatıdır. Əməliyyatın məqsədi mümkünsə adenomun tamamilə çıxarılması, varsa ətraf toxumalarda olan təzyiq əlamətlərinin nizamlanması və qan göstəricilərinin normala döndürülməsidir. Təyin ediləcək dərmanların miqdarına endokrinoloq qərar verir. Radioterapiya isə adətən əməliyyatdan sonra dərman müalicələrinə cavab verməyən və adenom toxuması qalan xəstələrdə tətbiq edilir.

Görülmə sıxlığı nədir?
Əlin şişməsi, Akromeqali nədir?Dünyada hər il bir milyon şəxs arasında 3-4 şəxsdə xəstəlik görülür.

Əməliyyat hər zaman uğurlu alınırmı?

Bu, bir neçə faktorla əlaqəlidir. Burada şişin tipi, yerləşdiyi nahiyə və böyüklüyü vacibdir. Kiçik şişlərdə müvəffəqiyyətin əldə edilməsi ehtimalı yüksəkdir. Bəzən əməliyyatın təkrarlanmasına ehtiyac vardır. Bəzən ətraf toxumalarda az miqdarda da olsa şiş qala bilir. Bu zaman isə xəstəliyin yenidən baş qaldırma ehtimalı yüksəlir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari