DİQQƏT! Küçələrdən toplanan şüşələrə doldurulmuş naməlum içkilər məşhur brend adları altında satılır

DİQQƏT! Küçələrdən toplanan şüşələrə doldurulmuş naməlum içkilər məşhur brend adları altında satılır"Spirtli içkilər bazarındakı vəziyyətin nə dərəcədə olduğunu Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 4 il öncə ortaya qoydu. Məlum oldu ki, ölkənin əmtəə bazarında, o cümlədən ən prestijli dükanlarda, ən bahalı kafelərdə, restoranlarda ən təhlükəli saxta içkilər satılır. Bu barədə geniş iş aparıldı. Düşünürəm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yenə də bu məsələyə dönməlidir. Çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) öz üzərinə o qədər səlahiyyət götürüb ki, bu məsələləri əhatə edə bilmir. Ölkənin əmtəə bazarında təhlükəli spirtli içkilər hazırda da var. Küçələrdən toplanan şüşələrə doldurulmuş naməlum mayelər, təhlükəli içkilər müxtəlif məşhur brend adları altında vətəndaşlara satılır. Bütün bunların nəticəsidir ki, insanlarda xəstəliklər artır, apteklər şəbəkəsi genişlənir, dərman biznesi inkişaf edir… Bu sahədə AQTA-nın apardığı iş qeyri-qənaətbəxşdir, yarıtmaz vəziyyətdədir".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
Sədr təəssüflə vurğulayıb ki, ölkədə normal spirtli içkilər istehsal edən müəssisələr var, lakin onlar öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər: "Bazarda haqsız rəqabət şəraiti yaranıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu haqsız rəqabətə qətiyyən əhəmiyyət vermir. Yaxşı içki istehsal edən müəssisələr də öz bazarını qorumaq üçün heç bir addım atmırlar. Bir neçə il öncə Fransanın cənubunda üzümçülük zonasında keçirilən konfransa getdim. Hər ölkədən gedən şəxs özü ilə şərab aparmışdı. Mən də "Gəncə Şərab"ı aparmışdım. Konfransdan qayıdandan sonra mənə rəsmi məktub gəldi ki, "Gəncə Şərab"ın istehsal etdiyi şərab qızıl medala layiq görülüb. Bu, o deməkdir ki, Azərbaycanda yüksək səviyyəli şərab istehsal olunur, lakin bunlar nə üçün susurlar? Niyə bazarları təmizləmək üçün iş aparmırlar? Mənə təəccüblü gəlir. Görünür, "üç muşketyor" qanunu işləyir – birimiz hamımız üçün, hamımız birimiz üçün. AQTA malların keyfiyyətinə nəzarət etmir. Keyfiyyət məsələsi meyit kimi ortalıqda qalıb, heç kim araşdırmır. AQTA malın təhlükəsizliyini təmin edir, yəni sən içdiyin yerdə ölməzsən, lakin keyfiyyətsiz mallar, o cümlədən şərablar Azərbaycan əmtəə bazarında çoxdur. Vətəndaşlar şərab alan zaman istehsal və satışa buraxılma tarixinə, istifadə müddətinə baxsınlar, bütün bunlara əhəmiyyət versinlər. Hansı müəssisə istehsal edib? Üzərində Azərbaycan dilində informasiya varmı? Aksiz markasının Azərbaycan dilində olub-olmadığına diqqət etsinlər. Şübhəli məsələ olanda AQTA-nın 1003 "qaynar xətt"inə, yaxud DİN-ə məlumat vermələrini tövsiyə edirəm. Bilsinlər ki, ən brend, bahalı içki belə saxta ola bilər, insanın həyatına son qoyar. Təəssüf ki, bazar çox zibillənib".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 11 oktyabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda hamilelik testi mede agrisi boyrek agrisi babasil mualicesi
masaj
is elanlari