Dərinizi erkən qocaldan faktorlar

Dərinizi erkən qocaldan faktorlarQocalmaq, qaçınılmaz haldır. Sadəcə qocalmağı sürətləndirən və ya gecikdirən bir sıra faktorlar mövcuddur.

Bəs üzünüzdə qocalıq əlamətlərini sürətləndirən faktorlar hansılardır?

Erkən qocalmağın ən çox yayılan əlamətləri, dərinizdə yaranan qırışlar, ləkələr, quruluq və ya dəri tonu ilə özünü göstərir. Sağlam yaşayış tərzi vərdişləri, erkən qocalmağın qarşısını ala bilər.

Erkən qocalıq əlamətləri:

Qarışlar, yaşlılıq ləkələri, quruluq, üz dərisində sallanma

Saç tökülməsi, ağaran saçlar

Yanaq və orta üz dərisində çöküklər

Buna səbəb olan faktorları təqdim edirik:

Dərinizi erkən qocaldan faktorlarGünəş işığı erkən qocalmağın başlıca səbəblərindən biridir. Günəşə məruz qalmaq dəri problemlərinə səbəb olur. Ultrabənövşəyi şüalara məruz qalmaq bir çox dəri problemini yaradır. Dərinizi təbii proseslərdən daha sürətli yaşlandırır. Yaşlılıq ləkələri kimi erkən dəyişikliklərə səbəb olur. Günəşə məruz qalmaq dəri xərçəngi riskini artırır.

Siqaretin tərkibindəki nikotin, vücuddakı hüceyrələri dəyişdirir. Bu toksinlər dərinizdəki kollagen və elastik lifləri parçalayaraq dəri sallanmasına, qırışlara və solğun üzə səbəb olur.

Düzgün qidalanmamaq başlıca faktorlar içərisində yer alır. Bir neçə araşdırma, şəkər, karbonhidratlar cəhətdən yüksək pəhrizlərin erkən qocalmağa səbəb ola biləcəyini göstərir. Bol meyvə və tərəvəzlə dolu pəhrizlər erkən dəri dəyişikliklərinin qarşısını almağa kömək edir.

Spirtli içki qəbulu dərinizi qurudaraq zamanla zərər verəcək. Bu da öz növbəsində dərini erkən qocaldacaq.

Araşdırmalar az yatmağın üz dərisinə birbaşa təsir etdiyini vurğulayırlar. Belə ki, az yatan zaman hüceyrələr daha sürətlə qocalır. Bu da təbii ki, dəridə özünü əks etdirir.

Stress də qocalmağın başlıca səbəblərindən biridir. Stresli olduğunuz zaman beyniniz stress hormonu olan kortizol yaradır. Bu isə dərinizin canlı görünməsini təmin edən iki maddənin qarşısını alır: Hyaluronan və kollagen.
Dərinizi erkən qocaldan faktorlarBundan əlavə hazır paketlənmiş qidalardan istifadə etmək qocalmağı tezləşdirir. Çünki onların tərkibi üz dərisi üçün zərərli maddələrdən ibarətdir.

Makiyajlı yatmaq dəri qocalmasını sürətləndirir. Çünki qadınların əksəriyyəti makiyaj məhsullarından istifadə edir, ancaq tərkiblərinin nə olduğunu düşünmürlər. Bir çox belə məhsulların tərkibində zərərli maddələr mövcuddur. Bu isə dəri qocalığına, səpkilərə, ləkələrə yol açır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 09 sentyabr 2023

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda tecili tibbi yardim babasil mualicesi hamilelik testi dis agrisi
masaj
is elanlari