Çox tərləmə, yəni hiperhidroz xəstəliyini necə təyin etməliyik?

Çox tərləmə, yəni hiperhidroz xəstəliyini necə təyin etməliyik?Tərləmə - vücudun istilik mexanizminin qurulması üçün meydana gələn təbii vəziyyətdir. Həddindən artıq tərləmə, hər zaman istiliklə və ya gərginliklə bağlı olmaya bilər.
Hiperhidroz dedikdə, hərəki fəallığın artması, istilənmə, ətraf mühitin havasından asılı olmayaraq yaranan tərləmə başa düşülür.
Yunan dilindən tərcümədə "hiper" – həddindən artıq, "hidros" – tər mənasını xarakterizə edir.
Hiperhidroz xəstəliyi, ürək-damar, nevroloji, hormonal və s. xəstəlikləri zamanı meydana çıxa bilər. Əsəb sisteminin düzgün çalışmaması əsas səbəblər sırasında yer alır.
Azərbaycan və bir çox qonşu ölkələrdə hiperhidroz hələ də rəsmi bir xəstəlik kimi qəbul edilməyib. Ancaq buna baxmayaraq, Hindistan, İngiltərə, Braziliya kimi ölkələrdə bu patologiya ilə mütəxəssislər araşdırma və mübarizə aparırlar. Hiperhidroz, insanların həyat keyfiyyətinə mənfi təsir göstərərək ciddi narahatlığa səbəb olur.

Müayinə və diaqnozun qoyulması

Hiperhidroz, ovucun, dabanın, qoltuqaltı nahiyənin, bədənin digər hissələrinin güclü tərləməsi şəklində təzahür edir. Səbəbi aşkar edilməyən hiperhidroz dərhal həkim müayinəsini tələb edir.
Həddindən artıq tərləmənin səbəbini müəyyən etmək üçün xüsusi testlər və nevroloji müayinə aparılır, tibbi keçmiş araşdırılır. Narahatçılıq yaradan simptomları aradan qaldırmaq üçün dərman müalicəsi, fizioterapiya və psixoterapiya metodlarından istifadə edilə bilər.
Çox tərləmə, yəni hiperhidroz xəstəliyini necə təyin etməliyik?Bu xəstəliyin təsdiqi üçün pasiyentdə ən az 6 ay həddindən artıq davam edən tərləmə ilə yanaşı bu əlamətlərin olması mühüm xarakter daşıyır:

Həftədə ən az bir dəfə tərləmə spazmanın baş verməsi

Bu halın şəxsin yaşayış tərzinə mənfi təsir göstərməsi

25 yaşından öncə meydana çıxması

Qeyd edək ki, tərləmənin baş verdiyi nahiyələrdə göbələk xəstəliyi riski olduqca yüksəkdir.

Yaranma tezliyindən asılı olaraq, hiperhidroz aşağdakı növlərə ayrılır:

Daimi, mövsümi və fasiləli.

Növləri aşağıdakı səbəblərə görə ayrılır:

İfadəlilik dərəcəsi – Bu zaman tərləmə ilin fəsillərindən asılı olmur;

Bəzən isə pasiyentdə isti aylarda tərləmə çox artır;

Bir qrup insanlarda isə periodik remissiyalarla xarakterizə olunur.

Həm qadın, həm də kişilərdə eyni dərəcədə müşahidə edilir. Başlanğıc yaşı adətən 25 yaş və ətrafıdır. Əl və ayaq tərləməsi daha erkən zamandan başlaya bilər.

Hansı xəstəliklər tərləməyə səbəb ola bilər?

Ağciyər xəstəlikləri

İnfeksion xəstəliklər

Diabet

Ürək xəstəliyi

Yüksək qızdırma

Tiroid hormonal pozğunluq

Bəzi dərmanların əks təsirləri

Endokrin xəstəliklər

Hiperhidroz zamanı ilkin müayinə terapevt tərəfindən aparılır. Hiperhidrozun meydana çıxması, bir çox hallarda əsəb sisteminin patologiyaları ilə əlaqədardır. Bu səbəbdən nevroloqun da müayinəsi əhəmiyyət kəsb edə bilər. Hiperhidrozunun diaqnostikası xəstənin müayinəsindən və tibbi məlumatların əldə edilməsindən başlayır.
Çox tərləmə, yəni hiperhidroz xəstəliyini necə təyin etməliyik?Xəstəlik zamanı nələr araşdırılmalı?

Bu vəziyyətin başlanğıc və davam etmə müddəti
Bundan öncə hansısa mühüm hadisənin baş verməsi. Bura daxildir: stress, emosional çıxış, sarsıntı, travma və s.
Bu halın ailə üzvlərindən daha başqa fərddə görülüb-görülməməsi
Ümumi danışıq ilə yanaşı laborator müayinələr də xəstəliyin diaqnozu zamanı mühüm rol oynayır.

Lazım olan analizlər:

Qanın ümumi və biokimyəvi analizi;

İnfeksiyaların mövcudluğu;

Sidiyin ümumi analizi;

Tiroid hormonlarının miqdarı;

Digər bəzi hormonların səviyyəsi ölçülür.

Normadan artıq tərləmənin müalicə üsulu nədir?

Çox tərləmə, yəni hiperhidroz xəstəliyini necə təyin etməliyik?İlk olaraq yaranma səbəbi araşdırılır və bu istiqamətdə müalicə üsulu seçilir. Nahiyədən, tərləmənin dərəcəsindən asılı olaraq uyğun dərman müalicəsi ilə bunu azaltmaq mümkündür. Botoks, cərrahi üsul da müalicə seçimləri arasında yer alır.
Cərrahi müdaxilə adətən müalicədən gözlənilən effekt əldə edilmədiyi zaman təyin olunur. Cərrahi üsulla qoltuq altında yerləşən tər vəziləri alına bilər. Müasir dövrdə bu prosedur endoskopiya vasitəsilə icra edilir.

Həmçinin tərləmədən xilas olmaq üçün bunlara xüsusi diqqət yetirmək lazımdır:

Gigiyenaya diqqət göstərmək

Əllərə kirşanın səpilməsi

Əlləri düzgün yumaq və yaxşı qurulamaq.

Çobanyastığı, palıq qabığı vannaları qəbul etmək

Mümkün qədər sakit ortamda dincəlmək

Qeyd edək ki, problemin düzgün səbəbini tapmaq və aradan qaldırmaq üçün mütəxəssis müayinəsi mütləqdir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 oktyabr 2023

Oxşar xəbərlər

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari