Bu kişilərin oğlu olmur – SƏBƏB

Bu kişilərin oğlu olmur – SƏBƏBAna bətnində körpənin cinsiyyəti spermada olan xromosomun növündən aslıdır. 
Milli.Az sağlamolun.az-a istinadən bildirir ki. qadın yumurta hüceyrəsində cinsi xromasom X - dır. Kişi cinsi hüceyrəsi olan spermatozoidlərin  50 % - i X, digər 50 % - i Y xromosom daşıyır. X xromosom daşıyanlar ginesperma, Y xromosomlu spermatozoidlər isə androsperma adlanır. Əgər mayalanma prosesində yumurtahüceyrəni Y xromosomlu spermatozoid mayalandırırsa oğlan döl inkişaf edir. X xromosomlu spermatozoid mayalandırırsa qız döl inkişaf edir. Beləliklə də doğulacaq uşağın cinsi asılıdır yumurtahüceyrəni mayalandıran spermatozoidin Y yaxud X xromosomlu olmasından.
Y spermatozoidlərin elektron mikroskopik öyrənilməsi sübut edib ki, onlar daha yüngül və daha kiçikdirlər. Çünki, onların nüvəsində DNT daha azdır. Ona görə də onlar daha aktivdir və yumurta hüceyrəyə daha tez çatmaq şansları var. Lakin onlar ətraf mühitin faktorlarına qarşı çox həssasdırlar. Onlar qələvi mühiti daha çox sevir, turş mühitə dözümsüzdürlər. Qadın cinsiyyət yollarına düşdükdə adətən 24 - 36 saatdan çox yaşamırlar. Məhz bu xüsusiyyətlərinə görə X və Y spermatozoidləri fraksiyaya ayırıb süni mayalanmada isifadə etmək olur. Belə ki, Y və X xromosomları fraksiyalara ayırmaqla qız və oğlan sifarişləri qəbul oluna bilir.
- Əgər cinsi əlaqə ovulyasiyadan 2 - 4 gün əvvəl olubsa, qız olma şansı böuyükdür. Çünki bu dövrdə qadın cinsiyyət yollarının ph - ı turş olur. Bu mühitə Y xromosomlu spermatozoidlər az dözümlüdürlər, ona görə də tez tələf olurlar. Deməli yumurtahüceyrəni X spermatozoid mayalandıracaq.
- Əgər cinsi əlaqə zamanı kişi erkən boşalır və qadın bu hissi yaşamırsa, mühit yenə də turş olur. Bu halda da Y spermatozoidlər tez tələf olurlar. X xromosomlu ginesperma isə bu mühitə dözümlüdür və onun yumurtahüceyrə ilə görüşmə şansı yüksəkdir.
- Əgər kişi daima sıx alt paltar geyinirsə, işi həddən artıq isti şəraitdədirsə, siqaret çəkirsə, daha çox bitki mənşəli qidalarla qidalanırsa X - spermatozoidlərin şansı daha çoxdur.
- Əgər son iki ayda aktiv cinsi həyat yaşamayıblarsa, gec - gec olublarsa cinsi əlaqədə ( yəni həftədə 1 dəfə ) . Belə ki, gec - gec cinsi əlaqədə olduqda eyakulyatda X spermatozoidlərin konsentrasiyası artır və qız doğulma ehtimalı yüksəlir.
- Əgər cinsi əlaqə ovulyasiyadan 12 saat əvvəl və ovulyasiya saatlarında yaxud ovulyasiyada 12 saat sonra olarsa, oğlan olma ehtimalı yüksəkdir. Y spermatozoidlər daha aktiv olduğundan, onlar yumurtahüceyrəyə daha tez çatır və mayalandırır. Həm də ona görə ki, ovulyasiya öncəsi qadın cinsiyyət yollarında ph daha qələvi xarakterli olur. Bu isə Y xromosomlu spermatozoidlərə daha aktiv daha uzun müddət yaşamaq şansı verir.
- Əgər cinsi əlaqə zamanı cinsi orqanın vaginaya maksimum çox daxil olduğu vəziyyət seçilərsə spermatozoidlər uşaqlığa daha tez çatır. Y spermatozoidlərin daha az yaşamalarını və sürətli olmalarını nəzərə alaraq bu olduqca vacib şərtdir.
- Əgər kişidə erkən boşalma yoxdursa və qadın normal cinsi həzzə çata bilirsə uşaqlıq yolu ph - ı qələviləşir. Bu hal isə Y - spermatozoidə daha uzun müddət yaşama şansı verir. Həmçinin əgər qadın cinsi əlaqədən əvvəl adi içməli su ilə uşaqlıq yolunu azacıq isladarsa da eyni effekt alına bilir. Yəni mühit qismən qələviləşir.
- Əgər ovulyasiyaya qədərki son 4 - 5 gündə cinsi fisilə olarsa Y spermatozoidlərin konsentrasiyası artır.
- Əgər son iki ayda aktiv cinsi həyat yaşayıblarsa ( iki gündə bir dəfə ). Bu halda da hesab edilir ki, eyakulyatda Y spermatozoidlərin konsentrasiyası artır.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 08 oktyabr 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari