Boy və çəkimizə görə gün ərzində nə qədər su içməliyik? – Hesablama
Bədənimizin təxminən 60%-i sudan ibarətdir. Bədənin əsas funksiyalarının davamlı olması üçün zəruri şərtlərdən biri olan su qəbulu, təəssüf ki, həmişə ideal deyil. Gündəlik su ehtiyacı ödənilmədikdə bir çox psixi və fiziki problemlər yarana bilər. Biz bunu dərk etməsək də, bədənimiz daim su itirir.
Tərləmək başda olmaqla bədən funksiyalarını yerinə yetirərkən və hətta nəfəs alarkən bədənimiz su itirir. İtirilmiş su bərpa edilmədikdə susuzlaşdırma riski ön plana çıxır. Bütün bu səbəblərə görə içməli su vacibdir.
KONKRET.az "Waternet"ə istinadən "Gündəlik nə qədər su içmək lazımdır?" sualının cavabını təqdim edir.
Mütəxəssislərin gündə neçə litr su içilməsi ilə bağlı müxtəlif təklifləri var. Ümumi danışmaq lazım gələrsə, gün ərzində 2 litrə uyğun gələn 8 stəkan su içmək ideal hesab olunur. Ancaq bu hər kəs üçün kifayət etməyə bilər.
2016-cı ildə "Annals of Family Medicine" jurnalında dərc olunan məqalədə bədən səthinin sahəsi, maddələr mübadiləsinin sürəti və bədən çəkisinin gündəlik su ehtiyacı üzərində təsirli olduğu göstərilib.
Məlumdur ki, bədən çəkisi artdıqca mayeyə ehtiyac da artır. Bədən çəkisinə görə qəbul edilməli olan suyun miqdarını öyrənmək üçün son dərəcə sadə bir formula var. Kiloya görə gündəlik su ehtiyacını hesablayarkən şəxsin çəkisi 0,033-ə vurulmalıdır. Məsələn, 70 kq-lıq bir insanın çəkisinə görə içməli olduğu su miqdarı 2,31 litr olduğu halda, 90 kq-lıq insan üçün bu miqdar 2,97 litr civarındadır.
Təbii ki, su içməyi təkcə çəkiyə görə hesablamaq olmaz. İnsanın ümumi sağlamlıq vəziyyəti, havanın temperaturu və fəaliyyət səviyyəsi kimi bir çox amilləri nəzərə almaq daha faydalıdır.Yeniavaz.com
DOKTORINFO.AZ Ən yaxşı nevropatoloq kimdir?
Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə
Alkoqolizmin əlamətləri
Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala
Ən yaxşı proktoloq kimdir?
Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd
Nəfəs darlığı hansı problemin xəbərçisidir?
Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy
Ağızdan pis qoxunun gəlməsi
Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir
Diqqət əksikliyi sindromu
Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi
Hərbi xidmətə yararsız xəstəliklər
Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd