Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı: Növləri və müalicələriBoğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir.

Doktorinfo.az xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxslərin yaşaya biləcəyi sağlamlıq problemidir. Həkim müalicəsindən sonra ev şəraitində də tətbiq olunacaq bir sıra üsullar vardır.
Əksər insan bu mövzuda "Boğaz iltihabına nə yaxşı təsir edir?" sualına cavab axtarır.

Bogaz iltihabi nedir?

Viruslar və bakteriyalar kimi bir sıra təsirlərin geniz nahiyəsindən qırtlağa qədər olan hissənin, badamcıqların və boğazın iltihabı rekasiyasına məruz qalması nəticəsində ortaya çıxan sağlamlıq probleminə boğaz iltihabı deyilir.

Bu infeksiyalara səbəb ola bilən faktorlar arasında viruslar, bakteriyalar olduğu kimi, bəzi mikroorqanizmlərin infeksiyaları, revmatoloji xəstəliklər və immunolojik xəstəliklər də vardır.

Bogaz iltihabi ne ucun olur?
Boğaz iltihabı: Növləri və müalicələriBadamcıqlar ağız yolu ilə gələ biləcək mikroorqanizmlərlə mübarizə edərək ilk qorunma mexanizmini yaradır. Bu nahiyədə yaşana biləcək bəzi problemlər boğaz toxumalarında infeksiyanın yaranmasına səbəb ola bilir.

Məktəb dövründə uşaqlar bir-birləri ilə yaxın təmas halında olduqları üçün hansısa asqırmaq və öskürək kimi vəziyyətlərdə mayelərin ətrafa yayılması ilə birlikdə bir çox mikroorqanizmlərlə qarşılaşa bilərlər. Bu səbəbdən uşaqlarda daha yayğın olaraq görülə bilər. Xəstəliyin mikroorqanizmlərdən qaynaqlanması vəziyyətində isə növünə bağlı olaraq fərqlilik göstərir. Bir sıra mikroorqanizmlər şəxslərdə iltihaba səbəb olarkən bəziləri isə immunitetin düşməsi halında infeksiyaya səbəb ola bilir.

İnfeksiyaları belə sıralaya bilərik:

Streptokok infeksiyası – Beta mikro olaraq da bilinir. Ən çox qarşılaşılan boğaz infeksiyalarından biridir.

Adenovirus infeksiyası – Yayılan problemin səbəblərindən ən vacibli olan maddə viruslarıdır. Bu viruslar arasında isə adenovirus, koksaki virusu yer tutur.

Kandida infeksiyası – İmmunitet sistemi zəifləyən şəxslərdə yarana bilən kandida infeksiyası ən geniş yayılan problem hesab edilir.

Bunlarla yanaşı bu xəstəliklə qarışdırıla bilən və boğaz ağrısına səbəb ola bilən tiroid iltihabları, reflüks və bir sıra boğaz şişlərini də unutmaq olmaz. Virusların və bakteriyaların infeksiyalara və boğaz problemlərinə səbəb olduğu təqdirdə müalicəyə başlanılmasa, şəxsin həyat tərzində ciddi problemlərə yol aça bilər.

Boğaz iltihabı: Növləri və müalicələriBogaz iltihabinin elametleri nelerdir?

Boğaz ağrısı: Ən çox görülən simptomdur. Şiddəti də fərqli ola bilir. Udqunanda ağrı hiss edilə bilər.

Yüksələn qızdırma: Adətən 38-39 dərəcə qızdırma olur. Yüksəldiyi an titrəmə başlayır. Bu vəziyyət bəzi viral infeksiyalarında da görülür.

Udqunmada çətinlik: Əksər zaman boğaz ağrısı ilə birlikdə görülür. Boğazın şişməsi və ağrıması ilə birlikdə daralma nəticəsi yaşanır.

Xəstəlik zamanı öskürək, burun axıntısı, burun tıxanıqlığı, göz qızarması və yanması müşahidə edilir.

Boğazın şişməsi: İnfeksiya və iltihablanma vəziyyətlərində limfa vəzləri şişir. Bu vəziyyət boğazın şişməsi ilə birlikdə udma çətinliyi yaşanır.

Qulaq ağrısı və boyun ağrıları: Boğaz toxumalarında orta qulaq iltihabı ya da boyunda mövcud olan quruluşlarda görülə bilən bu vəziyyət iltihablanma ilə birlikdə qulaq ağrısı və boyun ağrısına yol aça bilər.

Bir sıra bakteriyalar və viral infeksiyalar insanlarda bəzi əlamətlərə, qızarıqlıqlara səbəb ola bilir.

Qızdırma və bogaz agrisi elametleri ilə birlikdə şəxs, mədə bulantısı və qusma əlamətləri də yaşaya bilər.

Qeyd edək ki, xəstəliklər zamanı oynaq ağrıları da qaçınılmazdır.

Mualicesi:
Boğaz iltihabı: Növləri və müalicələriBakteriya qaynaqlı infeksiya görüldüyündə hekim tövsiyəsi və məsləhəti üzrə antibiotik mualicesine başlana bilər. Bu vəziyyətdə vacib nöqtə, bakteriyanın növünün nə olduğu və hansı vəziyyətdə olduğunu müəyyənləşdirməkdir.

Xəstəliyin səbəbi viral infeksiyalardan qaynaqlıdırsa adətən əlamətlər və simptomlar üzərinə çalışma edərək bu vəziyyət yaxşılaşdırılır və xəstənin dincəlməsi tövsiyə edilir. Adətən 1 həftə ya da 10 gün ərzində bu vəziyyəti keçirən şəxslərə fərqli müalicə tətbiq olunmaz və simptomların yaxşılaşması kifayət qədər görülür.

Ev şəraitində isə bol maye qəbul etmək, dincəlmək, meyvə yemək, duzlu su ilə qarqara, siqaret kimi mənfi vərdişlərdən imtina tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 19 mart 2024

Oxşar xəbərlər

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda tecili tibbi yardim sekis hamilelik testi bogaz agrisi
masaj
is elanlari