Biotinin vücuda faydaları

Biotinin vücuda faydalarıBiotin, H vitamini və ya B7 vitamini olaraq bilinir və B qrupu vitaminləri arasında yer alır. Toxuma yeniləyici, enerji verici olan vitamin, vücudda xüsusi əhəmiyyətə sahibdir. Qidalardan və əlavələrdən alına bilən vitamin, suda həll olunma baxımından gərəyindən çox alınarsa böyrəklər vasitəsilə vücuddan xaricə atılır. Xüsusilə saç baxımı və dırnaq gücləndirici xüsusiyyəti ilə kosmetik bir çox məhsulda yer alır.

Biotin nə üçündür?

Xüsusilə saç, dəri, dırnaq qulluğunda seçilən, qidaları bölmədə, enerji yaratmasında əhəmiyyətli rola sahibdir.
Tip 2 diabet müalicələri üçün aparılan araşdırmalar zamanı, biotinin əksikliyi vəziyyətində insulinin artdığı müşahidə edilib. Dəri nəmləndirici faydası vardır. Sağlam saçlara, dəriyə sahib olmaq üçün qulluq zamanı gərəkli miqdarda qəbul edilməlidir.

Biotinin faydalarını təqdim edirik:

Doğuşdan etibarən toxuma yaranması və sonrakı müddətdə toxuma yenilənməsi baxımından vacib yararları olan vitamindir.

Dəri sağlamlığını qoruyur

Dərini nəmləndirir

Dırnaqları sağlam və güclü edir

Əzələ və sümük samlamlığını təmin edir

Yağ, protein, karbonhidratların enerjiyə çevrilməsini təmin edir

Vücuda enerji verir

Hamiləlik zamanı dölün inkişafına kömək edir

Qan şəkərini nizamlayır.

Biotinin saçlara faydaları
Biotinin vücuda faydalarıŞampun və bir çox saça qulluq vasitələrinin tərkibində yer alır. Bir çox insan tərəfindən isifadə edilir. Saç tökülməsində dəmir, fol turşusu, B12, E vitamini əksikliyi kimi fərqli səbəblərin olması baxımından bu vitamin tək başına bu problemlləri həll etməyə bilər. Ancaq tökülmələri azaldır, təkrar saç çıxmasına dəstək olur. Bunu aparılan araşdırmalar təsdiq edib.

Saç diblərini gücləndirir

Daha tez uzanmağını təmin edir

Ətraf faktorlara qarşı qoruyur

Daha canlı və parlaq görüntü bəxş edir.

Dəriyə faydaları:

Nəm miqdarını tənzimləyir

Dərini nəmləndirir

Dəri hüceyrələrini yeniləyir

Erkən qocalmaqdan qoruyur

Gündəlik biotin ehtiyacı nə qədərdir?

Çox ciddi xəstəliklər olmadığı müddətcə gündəlik yeyilən qidalardan bu vitamin təmin edilir. Bir çox qidada mövcuddur. Ən çox bitoinin yer aldığı qidalar:

Yumurta sarısı

Ciyər

Xiyar

Brokoli

Kələm

Göbələk

Lobya

Banan

Avokado

Vücudda istehsal olunmayan və toplanmayan vitaminlərdən biridir. Bu səbəblə gündəlik ehtiyaclar xaricdən qida yolu vasitəsilə əldə edilməlidir.
Biotinin vücuda faydalarıƏksikliyi zaman nə olur?

Saç tökülməsi

Saç tellərinin incəlməsi

Saçların ağarması

Dırnaqların incə olub və qırılması

Dəri quruması və səpkilər

Dəri quruluşunda solğunluq

Atopik dəri

Əzələ və oynaq ağrıları

Şəkər xəstəliyi

Yorğunluq

Adətən gündəlik bir dəfə və tək miqdar olaraq alınır. Məhsulların əksəriyyətində fərqli vitaminlər də mövcud olduğundan istifadəsi insandan–insana fərqli ola bilər.
Həddindən çox istifadə zamanı böyrəklər xaricə atır. Ancaq uzunmüddətli təkrar edən bu vəziyyət böyrəkləri yora bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 sentyabr 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari