Beyin qanaxmasının səbəbi və müalicəsi

Beyin qanaxmasının səbəbi və müalicəsiGörmə, eşitmə, öyrənmə və düşünmə başda olmaqla vücudun bütün funksiyaları yerinə yetirən və həyati önəm daşıyan beyin, zərbələrə qarşı beyin qapağı tərəfindən qorunur. Ancaq daxili təzyiq və ciddi travma kimi vəziyyətlərdə beyin qanaxması baş verə bilir. Hər yaş qrupunda görülə bilən bu problem xüsusilə 50-60 yaş aralığındakı şəxslərdə daha çox yayılıb. Qadınlarda kişilərlə müqayisədə 3 qat daha çox rastlanan beyin qanaxması, hər il minlərlə insanın ölümünə ya da ciddi dərəcədə şikəst qalmasına səbəb olur.

Baş vermə vəziyyətlərindən asılı olaraq travmatik və spontan olaraq iki hissəyə bölünür.

Əgər hadisə öz-özünə anidən baş verərsə bu spontan adlanır. Əgər hansısa qəza, travma, zərbə nəticəsində yaşanırsa bu travmatik beyin qanaxması adlanır.
Nəzərə çatdıraq ki, qanaxmanın yarandığı nahiyəyə görə də 5 hissəyə ayrılır. Əgər qanaxma beyin daxilindəki su hovuzcuqlarında yaranıbsa bu intraventrikulyar, xarici beyin zəri ilə orta beyin zəri arasında baş veribsə subdural, beyin qabığı ilə daxili beyin qabığı arasındadırsa subaraknoid, xarici beyin qişası ilə sümük arasında qeyd edilibsə epidural, beyin toxumalarında baş veribsə intraserebellar qanaxma hesab edilir.

Bəzi xərçəng növləri də beyin qanaxmasına yol aça bilir.

Beyin qanaxmasının əlamətləri nələrdir?
Beyin qanaxmasının səbəbi və müalicəsiAdətən tək tərəfli üz iflici

Ayaqlarda uyuşuqluq hissi

Qolları qaldırmaqda çətinlik

Görmə problemləri, göz qapağının düşməsi

Udqunmada çətinlik

Mədə bulantısı, qusma, dad almaqda çətinlik

Vücudun tək tərəfində zəiflik

Beyinə gedən qan axışındakı azalma səbəbindən yaranan ani baş gicəllənməsi

Şiddətli baş ağrısı, şüur itkisi, uyuşuqluq, gücsüzlük, yuxululuq halı, danışmaqda çətinlik, təzyiq beyin qanaxması əlamətlərindən hesab edilir.

Beyin qanaxmasının səbəbləri nələrdir?

Beyin qanaxmasının səbəbi və müalicəsiBöyrək çatışmazlığı, xronik xəstəliklər

Siqaret və spirtli içkilərdən istifadə

Bəzi qaraciyər xəstəlikləri

Yüksək təzyiq

Beyin daxilindəki əsas damarlarda meydana gələn tıxanıqlıqlar

Beyin şişləri

Genetik faktor

Qəzalar, şiddət sonrası başa gələn zərbələr, beyin toxuması zədələri
Beyin qanaxmasının səbəbi və müalicəsiMüalicəsi:

Beyin qanaxması zamanı təcili müdaxiləyə ehtiyac vardır. Ölüm riskinin çox olması, insult kimi vəziyyətlərə yol aça bilməsi və beyinin təsirləndiyi nahiyəyə görə, hərəkət, görmə itkilərinə yol aça bildiyi üçün əlamətlərə diqqət edib təcili tibbi yardıma müraciət etmək lazımdır. Qanaxmaların xüsusiyyətinə, növünə, xəstənin vəziyyətinə görə müalicə seçimləri fərqlidir. Bəzi xəstələrdə müalicə ön planda olduğu halda, bəzilərində isə cərrahi müdaxiləyə ehtiyac olur. Bunlarla yanaşı yaranan ödəmin qarşısını almaq üçün, eləcə də ödəmi azaldacaq, epilepsiyanın qarşısını ala biləcək dərmanlar təyin edilə bilər.

Beyin qanaxmasından sonra təzyiq normada saxlanılmalıdır. İlk 24 saat çox vacibdir. Çünki bu zaman xəstə hətta ölə bilər. Cərrahi müdaxilə olunarsa narkozun təsiri keçdikdən sonra xəstənin ilk 24 saat ərzində yatmasının qarşısı alınmalıdır. Tez-tez tibb işçiləri xəstənin şüurunun yerində olub-olmadığını öyrənməlidir. Daha öncə beyin qanaxması keçirən şəxsin hansı növ beyin qanaxması keçirdiyi vacibdir. Bu hadisədən sonra təzyiq dərmanları zamanında qəbul edilməli, zamanında müayinə edilməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 28 avqust 2023

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət


masaj yuxuda dis agrisi bogaz agrisi babasil mualicesi sekis
masaj
is elanlari