Baş ağrıları zamanı təbii çarə nədir?

Baş ağrıları zamanı təbii çarə nədir?Baş ağrıları bir çox insanın ortaq problemidir desək yanılmarıq. Gərgin iş həyatı, problemli məsələlər insan beyninə mənfi təsir göstərir. Xüsusilə də aclığın və susuzluğun zəmin yaratdığı baş ağrılarını bəzən dərmansız keçirmək mümkün olmur.

Baş ağrılarının səbəbləri nələrdir?

Miqren

Stress

Aşağı qan şəkəri

Panik ataklar

İnfeksiyalar

Travmatik beyin zədələnməsi

Beyin şişi

Qrip

Çoxlu dərman istifadəsi

Yuxu pozulması

Depressiya

Həddindən çox kafein istifadəsi və s.

Bəs təbii yolla belə ağrının öhdəsindən gəlmək olarmı?

Türkiyəli nevroloqların bu barədə araşdırmasını təqdim edirik:

Baş ağrıları zamanı təbii çarə nədir?Yuxu rejimi

Düzgün olmayan yuxu rejimi, baş ağrılarını yaradan əsas faktordur. Ümumi alınan yuxu kifayət qədər görünsə də, vücud ehtiyacı qədər dincəlməsə baş ağrıları şiddətlənə bilər. Başınız tez-tez ağrıyırsa yuxu rejimini mütləq normal vəziyyətə döndərməlisiniz. Ancaq gündüz yuxusu çox olmamalıdır. Əgər vücud yorğun düşərsə 20 dəq qədər dincəlmək, yuxulamaq orqanizmə kifayət edəcəkdir.

Maye qəbulu

Kifayət qədər maye qəbulu olmadıqda vücud susuz qalır. Bu isə təbii ki ağrılara zəmin yaradır. Xüsusilə də isti havalarda vücuddan tənəffüs və buxarlaşma yolu ilə 500-700 lt su itkisi baş verir. Gündə 2-2,5 litr su içmək vacib şərtlərdən biridir. Su içməkdə çətinlik çəkən insanlar suyu dadlandıraraq içə bilər. Hər gün səhər 1,5 lt suyun içərisinə dadlandırmaq üçün alma, armud kimi meyvələri və ya limonu kəsərək içərisinə atıb gözlədə bilərsiniz. Bu suyu daima yanınızda saxlayın və ara-ara qəbul edin.

Aromatik yağlardan istifadə

Rahatlaşdırıcı təsirə malik olduğundan baş ağrıları üçün də əvəzsizdir. Bu, lavanta, nanə yağı və s. ola bilər. Həmçinin tənəffüs yolunuzu rahatlaşdıraraq rahat yuxu qəbuluna kömək edəcəkdir.

Bitki çaylarından istifadə

Çay ilə ağrıları azaltmaq ta qədimdən istifadə edilən üsuldur. Rahatlaşdırır, sakitləşdirir. Xüsusilə də çobanyastığı, yaşıl çayın ağrıkəsici xüsusiyyəti vardır.

Massaj

Çox sərt olmadan edilən massaj vücudun rahatlaması, ağrıların azalması üçün kifayət edəcəkdir. Boyun nahiyəni massaj edərkən ehtiyyatlı olmağınızda fayda var. Professional massaj etdirməyiniz daha məqbul qəbul olunur.

Nəfəs texnikasını öyrənin

Düzgün nəfəs almaq ağrılar zamanı nəzarəti itirməməyə kömək edir. Həmçinin yuxuya daha tez getməyi təmin edir. Təxminən 5 dəq. ərzində mümkünsə səssiz, havalı və açıq ortamda normal şəkildə oturub dincəldikdən sonra yenə 5 dəq. ərzində 7 saniyə yavaş və dərin nəfəs alıb, 4 saniyə bu nəfəsi tutub, 8-9 saniyədə nəfəsi yavaşca və tamamilə verərək edilən nəfəs texnikaları rahatlaşdırıcı təsir göstərəcək.

Baş ağrıları zamanı təbii çarə nədir?Duş qəbul edin

Çox isti olmayan duş əzələlərinizi genişləndirərək vücudunuzu rahatlaşdıracaq və ağrınızın keçməsinə kömək edəcəkdir. Əgər miqren xəstəsinizsə duşun sonunda çox soyuq olmayan su ilə qısa müddətdə başınızı yumağınız yaxşı təsir göstərəcəkdir.

Sakit ortam

Mümkün qədər səsli-küylü yerdən uzaq durmağa çalışın. Xüsusilə miqren xəstələrinə səsli ortam daha da mənfi təsir göstərir.

Yemək seçimlərinizə diqqət edin

Baş ağrılarına zəmin yaradan vacib faktorlardan biri aclıqdır. Çünki ac qaldıqda təzyiq aşağı düşür, bu da baş ağrısına zəmin yaradır. Daha sonra yemək yeyilsə də baş ağrısı keçməz.

Streslə mübarizə yollarını öyrənin

Baş ağrılarının ən əsas səbəbi stresdir. Stressiz bir yaşayışın olmadığını nəzərə alaraq bir qismini qəbul edərək mübarizə yollarının araşdırılması daha münasibdir. Stress zamanı problemin içərisinə daxil olmaqdansa, çıxış yollarının tapılmasına verilən diqqət, baş ağrılarının şiddətlənməsinin qarşısını alacaqdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 24 dekabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda hamilelik testi mede agrisi boyrek agrisi babasil mualicesi
masaj
is elanlari