Bağırsaq xəstəlikləri hansılardır?

Bağırsaq xəstəlikləri hansılardır?İncə bağırsaq və yoğun bağırsağın qidaların həzmi müddətində vacib vəzifələri vardır.

Doktorinfo.az xəbər verir ki, incə bağırsaqlar, təməl olaraq qidaların həzmi və sovrulmasında funksiyası vardır. Yoğun bağırsaqlarda duzlar və vitaminlərin sovrulmasını təmin edir. Həmçinin B12, K vitamini kimi vitaminlərin sintezində də qalın bağırsaqların rolu vardır. Bu səbəblə hər keçən gün bağırsaqların vacibliyi daha çox anlaşılır. Bəzi vəziyyətlərdə müxtəlif faktorların təsiriylə bağırsaqlarda sağlamlıq problemləri görülə bilir.

Bağırsaq xestelikleri və elametleri nələrdir?
Bağırsaq xəstəlikləri hansılardır?Bağırsaq xəstəlikləri üçün hansı həkimə gedilməlidir?

Bağırsaq xəstəliklləri doğuşdan gələn bağırsağın quruluş pozğunluqları nəticəsində ortaya çıxa bilər. Bununla yanaşı bağırsaq xəstəliklərinin əksəriyyəti müxtəlif faktorların təsiriylə bağırsağın funksiyasını yerinə gətirə bilməməsi nəticəsində ortaya çıxar. Bu növ xəstəliklərlə qastreontoloqlar məşğul olur.

Bağırsaq xəstəlikləri hansılardır?

Kolit – Yoğun bağırsaq xəstəlikləri içərisində ilk sıralarda yer alan kolit, qalın bagirsagin iltihabı xəstəliyidir. Yoğun bağırsağın hansısa bir yerində ortaya çıxa bilən kolit irəliləyən mərhələlərdə bütün qalın bağırsağa yayıla bilir. Kolitin səbəbi tam olaraq bilinməməklə birlikdə müxtəlif infeksiyalar, uzun müddət radiasiyanın, qida zəhərlənməsi kimi faktorların kolitə səbəb ola biləcəyi düşünülür.

Kolitin əlamətləri arasında qarın ağrısı, şişkinlik, mütəmadi tualetə getmə istəyi, ishal, irəliləyən vəziyyətlərdə nəcisdə qan görülməsi kimi şikayətlər mövcuddur. Kolitin müalicəində erkən diaqnoz olduqca əhəmiyyətlidir.

Erkən diaqnoz, düzgün müalicə ilə simptomları yüngülləşdirmək mümkündür.
Bağırsaq xəstəlikləri hansılardır?İshal – Cəmiyyətdə ən çox görülən bağırsaq xəstəliklərdən biri ishaldır. Bağırsaq hərəkətlərinin normaldan daha sıx olması, nəcisin sulu olması ilə xarakterizə edilən sağlamlıq problemidir. Başlıca əlamətlərdən biri mədə bulantısı, qusma, maye itkisidir. Adətən bir neçə gün ərzində özlüyündən yaxşılaşır. Ancaq uzun müddət ishal vəziyyəti xüsusilə uşaqlarda qısa müddətdə dehidrasyona səbəb ola bilir. Bu səbəblə uzayan ishal vəziyyətində zaman itirmədən həkimə müraciət edilməlidir.

Bağırsaq tıxanıqlığı – Hansısa bir səbəbi qida və mayenin bağırsaqlardan keçə bilmədiyi vəziyyətlərdə bağırsaq tıxanıqlığından söz edilə bilər. Bağırsaq tıxanıqlığının səbəbləri arasında bağırsaqlarda yaranan yapışıqlıqlar, xərçəng kimi vəziyyətlər sayıla bilər. Erkən zamanda müdaxilə edilərək tıxanıqlıq həll olunmadığı zaman bağırsaqlarda deşilmələrə yol aça bilər.

Bağırsaq çürüməsi – Bağırsağı qidalandıran damarlarda tıxanma və ya daralma olması nəticəsində ortaya çıxan ciddi saglamliq problemidir. Əlamətləri arasında şiddətli qarın ağrısı, mədə bulantısı qusma, qəbizlik kimi əlamətlər mövcud olan bağırsaq çürüməsi diqqətə alınmadığı zaman ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
Bağırsaq xəstəlikləri hansılardır?Qəbizlik – İshalın əksinə qəbizlik problemi yaşayan şəxslərdə bağırsaq hərəkətləri normalda olması gərəkəndən daha yavaş və azdır. Adətən bağırsaq hərəkətlərinin həftədə 3 dəfədən az olduğu vəziyyətlərdə qəbizlikdən şübhələnmək olar. Qebizliyin başlıca səbəbi qidalanma vərdişləridir. Lifli qidalardan yoxsul qidalanan şəxslərdə qəbizliyə daha sıx rastlanır. Ancaq qəbizliyə nəcisdə qan görülməsinin və ya qəbizliyin 3 həftədən daha uzun çəkdiyi vəziyyətlərdə qəbizliyin səbəbi daha ciddi sağlamlıq problemi ola bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 05 iyul 2024

Oxşar xəbərlər

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql


masaj yuxuda babasil mualicesi tecili tibbi yardim dis agrisi bogaz agrisi
masaj
is elanlari