Azərbaycanda satılan bu preparat saxtadır - Xəbərdarlıq

Azərbaycanda satılan bu preparat saxtadır - XəbərdarlıqDanimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.
Axar.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir ki, Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.
Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb
Şirkət saxta Ozempik® 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib:
- İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm
- Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal Ozempik® şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq)
- Sıxdıqda, iynədən kəskin insulin qoxusuna malik olan maye axır
"Novo Nordisk A/S" şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən Ozempik® şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.
Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər.
"Novo Nordisk A/S" şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün Ozempik® preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə, bu cür hallar barədə şirkətin elektron poçt ünvanına (io[email protected]) məlumat verməyi israrla xahiş edir.
Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və Ozempik® preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə öncədən minnətdarlığını bildirir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari