Ayaq sağlamlığı ayaqqabı seçimindən çox asılıdır

Ayaq sağlamlığı ayaqqabı seçimindən çox asılıdırÇox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir. ortopedlər təbii dəridən hazırlanan ayaqqabılardan istifadə etməyi tövsiyə edirlər. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.
Axar.az xəbər verir ki, həkim-ortoped Ramin Rzayev bu barədə deyib:
"Seçim edərkən, ilk növbədə, ayaqqabının pəncə ölçüsünə uyğun olmasına fikir vermək lazımdır. Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidr. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür".
Ayaqqabının elastik və yumşaq altlıqlı olması çox vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil, çünki həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir:
"Pəncənin altında, xüsusən barmaqlarda dəri döyənəklərin yaranması və hətta bəzən xüsusən qadınlarda uzun müddət hündürdaban, barmaq və pəncələri sıxışdıran ayaqqabılar geyindikdə barmaq və pəncədə müəyyən deformasiyalar yaranmasına səbəb olur. Nadir hallarda isə barmaqlara gedən sinirlərdə törəmələrin yaranmasına və kəskin ağrılara aparıb çıxarır", - deyə həkim-ortoped bildirib.
Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpki və göbələklərin yaranmasına da səbəb ola bilər. Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib:
"Ayaqqabı sintetik materialdandırsa, pambıq corablar geyinmək daha yaxşıdır, çünki ayaqlar aşırı dərəcədə tərlədikdə kontakt dermatiti, hiperhidroz deyilən xəstəlik nəticəsində qaşınan səpkilər və barmaq arasında tərin tərkibindəki duzların qıcıqlandırması nəticəsində bişməcələr, barmaqarası göbələyə qədər ağırlaşmalar müşahidə oluna bilər".
Sağlamlıq hər şeydən üstündür. Ona görə də ayaqqabı alarkən onun yaraşığına yox, hərəkət edərkən ayağa nə qədər rahat olmasına fikir vermək lazımdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir


masaj yuxuda hamilelik testi tecili yardim sekis tecili tibbi yardim
masaj
is elanlari