Aşiq olanda bədəndə nə baş verir? - 11 qeyri-adi DƏYİŞİKLİK

Aşiq olanda bədəndə nə baş verir? - 11 qeyri-adi DƏYİŞİKLİKAlimlərə əsasən aşiq olmaq kimyəvi prosesdir və onun əsasında həyatda sağ qalmağı təmin edən bir sıra reaksiyalar durur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xəstəlikdən fərqli olaraq bunlar öz əksini əllərin tərləməsi, iştahanın itməsi, ürək döyünməsinin artması kimi müəyyən edilən fiziki simptomlarda tapır.
Məhəbbət şəhvət, cazibədarlıq, bağlılıq və ya uzunmüddətli əlaqələr kimi bir neçə mərhələdən ibarətdir. Onların hamısı kimyəvi maddələrin yaratdığı reaksiyalarla müşayiət olunur.
Lakin bu mərhələlərin ardıcıllığı fərqlənə bilər, Nyu Cersidəki, Rutgers Universitetinin tədqiqatçısı Helen Fisher deyir.
"Öncədən bağlılıq hissi daha sonra dərin romantik duyğular və sonda intim yaxınlıq istəyi yarana bilər. Və yaxud da seksual cazibədarlıq məhəbbət, dərin hissiyyat və bağlılığa çevrilə bilər. Belə də ola bilər ki, dəlicəsinə vurulduğunuz şəxslə intim yaxınlıq əlaqələrin son mərhələsinə təsadüf etsin".
Alimlər hər bir mərhələnin yaranmasına aid kimyəvi elementlərin rolunu müəyyən ediblər.
İnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüştürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır.
Güc hissi
Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.
Gözlərini ondan ayırmamaq
İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir. Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır.
Səs yüksəlməsi
İlk "vurulma" mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı olur.
Yanında olmayanda təlaşlanmaq
Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar.
Hormonlar qarışır
Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür.
Ürək qırılması
Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər. Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi nadir hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə edilir.
Cinsi istək
Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə, bununla bağlı filmlərə baxmaq məsləhətdir.
Kökəlmək
"Ailə qurduqdan sonra kökəldi" fikrinə tez-tez rast gəlinir. Xoşbəxt münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı və şirniyyatla qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10 kiloya yaxın kökəldiyi bildirilir.
Ömrü uzadır
Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır. Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40 yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib. Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5 faiz aşağı düşür.
Yuxu problemi
Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz. Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir. Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə adaptasiya olmağı da çətinləşdirir.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 sentyabr 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

rdır?">. Xroniki xəstəliklər hansılardır?

masaj yuxuda qarin agrisi babasil mualicesi sekis mede agrisi
masaj
is elanlari