Antibiotik qəbulu təhlükəlidirmi?

Antibiotik qəbulu təhlükəlidirmi?Antibiotik, parazitlər, bakteriyalar kimi mikrobların səbəb olduğu infeksiyanı müalicə etmək üçün istifadə edilir. Bu dərman, maye, tablet, kapsul formalarında daxilə qəbul edilir. Həmçinin venadaxili inyeksiya növü də mövcuddur. Bu növü adətən ağırlaşmış xəstəliklərdə istifadə edilir. Həmçinin dəri infeksiyalarını müalicə etmək üçün də antibiotik tərkibli krem, lasyon, məlhəmlərdən istifadə edilir. Bu növ dərman qrupu ancaq parazit, bakteriyanın səbəb olduğu infeksiyalarda effektli olur.
Elm adamı Sir Aleksandr Fleming tərəfindən penisilinin kəşf edilməsi ilə antibiotik dərmanlar əldə edilib.
Bu dərmanın növləri kimyəvi xüsusiyyətlərə görə fərqlənir.
Antibiotiklərə bəzən antibakterial və ya antimikrobiyal adı da verilir.

Antibiotiklər necə təsir göstərir?

Bəzi antibiotiklər bakteriya və ya parazit növlü mikrobları öldürür. Bu tip qrup dərmanlar parazitin hüceyrə divarının quruluşuna müdaxilə edərək fəaliyyətini yerinə yetirir. Bakteriya və ya parazitlərin çoxalmasının qarşısını alır.

Antibiotiklər nə zaman reseptə yazılır?

Sadəcə ciddi bakterial və bəzi parazit infeksiyaları üçün yazılır. Aşağı səviyyə hesab edilən bakterial infeksiyaları zamanı şəxsin immunitet sistemi buna qalib gələ bilər. Bu səbəbdən yüngül bakterial infeksiyaları zamanı həkim antibiotik təyin etməz.
Ancaq sətəlcəm kimi təhlükəli xəstəliklər zamanı antibiotiklərin istifadəsi məcburidir. Bundan əlavə sidik yolu infeksiyalarının böyrəklərə yayılmasının qarşısını almaq üçün antibiotikin istifadəsi məcburi hesab edilir.

Antibiotiklərin əks təsirləri

Ən çox rast gəlinən əks təsirlər səpkilər, mədə bulantısı, ishal, mədə narahatçılığı, qusmadır. İshalın baş vermə səbəbi, istifadə edilən antibiotikin vücuddakı bütün bakteriyaları hədəf almasıdır. Çünki antibiotik bağırsaqlardakı faydalı bakterilayarın ölməsini təmin edir və bununla bağlı olaraq ishal baş verə bilər. Bu səbəbdən ancaq həkimin tövsiyə etdiyi halda istifadə etmək lazımdır.
Antibiotikləri doğru şəkildə almaq hər kəs üçün mühüm addımdır.
Bəzi antibiotiklər ac qarına qəbul edilməli, bəziləri isə yeməklə birlikdə alınmalıdır.
Antibiotiklərin doğru şəkildə alınmaması, vücuda təsir effektini də dəyişə bilir. Müalicə yarıda kəsilərsə mikrobların hər biri ölməyə bilər.
Antibiotik istifadəsi zamanı nəfəs darlığı, qızarıqlıq, ürək getmə, vaginal qaşıntı, axıntı, dildə şişmə, dildə bəyaz ləkələr kimi vəziyyətlər müşahidə edilə bilər ki, bu zaman dərhal həkimə müraciət etmək lazımdır.
Antibiotik allergiyası geniş formada yayılıb.
Antibiotik qəbulu təhlükəlidirmi?Antibiotik allergiyası nələrdir?

Dərinin saralması

Sidikdə tündlük

Sidikdə qan

Şiddətli ishal

Şiddətli baş ağrısı və qarın ağrısı

Qaşıntılı səpkilər

Qusma

Nəfəs almaqda çətinlik

Vücudda şişlik

Hansı xəstəliklərdə antibiotiklərdən istifadə edilir?

Sətəlcəm

Bronxit

Diş ağrıları

Göz infeksiyaları

Genital nahiyədə bakterial infeksiyalar

Ürək problemləri

Sümük infeksiyaları

Həzm sistemi infeksiyaları

Orta qulaq infeksiyaları
Antibiotik qəbulu təhlükəlidirmi?Antibiotikdən çox istifadə etmək olarmı?

Ağır dərman qrupuna daxil olduğu üçün çox istifadə etmək doğru deyil. Bunun da əks təsirləri mövcuddur.
Çox istifadənin təsirlərini təqdim edirik:

Allergiya

Böyrək çatışmazlığı

İshal

Piylənmə

Bağırsaq zədələnməsi

Qaraciyər funksiyalarının pozulması və s.

Bu səbəbdən bu tərkibli dərmanlar lazımi anda, lazımi miqdarda həkim təyinatından sonra qəbul edilməlidir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 10 dekabr 2023

Oxşar xəbərlər

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma


masaj yuxuda tecili yardim boyrek agrisi dis agrisi sekis
masaj
is elanlari