Ağciyər ödəmi (pulmoner ödəm) nədir?

Ağciyər ödəmi (pulmoner ödəm) nədir?Ağciyər ödəmi ani nəfəs darlığı, döyüntü, xırıltı, sürətli çəki artımı kimi əlamətlərlə ortaya çıxa bilər.
Müalicə olunmadığı təqdirdə, ölümə səbəb ola biləcək qədər təhlükəli bir vəziyyətə gələ bilər.
Ağciyər ödəmi, ciyərlərdə həddindən çox mayenin toplanmasından qaynaqlanan bir vəziyyətdir. Bu maye, ciyərlərdəki hava kisəsində toplanır və nəfəs darlığı yaradır.
Normal zaman nəfəs aldığınız zaman, ciyərləriniz hava ilə doldurulur. Əgər ağciyər ödəmi varsa, o zaman bunun yeri maye ilə doldurulur. Baş verən zaman akut pulmoner ödəm yaranır ki, bu da həyati təhlükəli ola bilər.

Ağciyər ödəmin əlamətləri nələrdir?
Səbəbdən asılı olaraq simptomlar birdən-birə və ya uzun müddət ərzində meydana çıxa bilər.

Əlamətlər:

Yatan zaman və ya hərəkətdə olan zaman yaranan nəfəs darlığı

Uzanan zaman boğulma hissi

Soyuq, nəmli dəri

Tənginəfəslik

Bəlğəmli öskürək

Mavi rəngli dodaqlar

Sürətli ürək döyüntüsü
Ağciyər ödəmi (pulmoner ödəm) nədir?Xroniki pulmoner ödəmin əlamət və simptomları:

Fiziki aktivlik zamanı nəfəs darlığının çox olması

Düz durarkən belə nəfəs almada yaranan çətinlik

Sürətli kökəlmə

Vücudun aşağı qismində şişlik

Xırıltı

Yorğunluq

Ağciyər ödəmi (pulmoner ödəm) nədir?Ağciyər ödəminin səbəbləri nələrdir?

Ürək çatışmazlığı

İnfarkt və ya digər ürək problemləri

Zədəli, ağrılı ürək qapaqcıqları

Sətəlcəm

Böyrək çatışmazlığı

Ağır infeksiyanın səbəb olduğu ağciyər zədələnməsi

İnfeksiyanın səbəb olduğu qan zəhərlənməsi

Bəzi xarici faktorlar da ürək və ağciyərlərə həddindən artıq təzyiq göstərə bilər və ağciyər ödəminə səbəb ola bilər. Onlar nələrdir?

Narkotikdən istifadə

Şiddətli travma

Zəhərli maddələrdan qaynaqlanan ağciyər zədələnməsi

Şiddətli travma

Ağır yaralanma
Ağciyər ödəmi (pulmoner ödəm) nədir?Ağciyər ödəminin müalicəsi:

Müalicəyə ehtiyac duyulan xəstəlik növüdür. Oksigen hər zaman belə xəstəlik üçün ilk müalicə üsuludur. Bu, xəstənin çətin nəfəs aldığı zaman köməyinə çata bilər.
Aşağıdakı növ dərmanlardan istifadə edilə bilər:

Vücudun çoxlu maye atmasını təmin edən dərmanlar
Ürək əzələsini gücləndirən, ürək döyüntüsünü idarə edən və ya ürək üzərindəki təzyiqi yüngülləşdirən dərmanlar.

Qeyd edək ki, zamanı uzatmaq, dərman qəbul etməmək xəstəliyi daha da dərinləşdirərək geri dönüşü olmayan hala çevirə bilər. Bu səbəbdən zamanında müayinə və müalicə can xilas edəcəkdir.

Ağciyər ödəmi (pulmoner ödəm) nədir?


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 oktyabr 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari