Ağciyər infeksiyasının simptomları və müalicəsi

Ağciyər infeksiyasının simptomları və müalicəsiVirus, bakteriya və ya göbələklərin ağciyər toxumalarında yaratdığı iltihablanmalarla bağlı narahatçılıqlar ağciyər infeksiyası olaraq adlandırılır. Yüngül və ya şiddətli formada baş verir.

Ağciyər infeksiyası, bakteriya, virus, göbələklərin ağciyərdəki hava kisələrinin iltihablanmasına, maye ya da irinlə dolmasına səbəb olması ilə inkişaf edən xəstəlikdir. Bu da oksigenin qan dövranına daxil olmasını çətinləşdirə bilər. Alt və üst tənəffüs yollarında yaranan bakteriyalar ilə ortaya çıxan ağciyər infeksiyalarının ən geniş yayılanı sətəlcəmdir. Bunun xaricində ağciyərlərə hava daşıyan bronxial boruların iltihablanması nəticəsində yaranan bronxit də infeksiyalar arasında yer alır.

Ağciyər infeksiyası ciddi təhlükəli hallara yol aça bilər. Bu səbəbdən simptomlar diqqətə alınmalıdır.

Ağciyər infeksiyasının əlamətləri nələrdir?

Sarı, yaşılımtıl, bəlğəmli öskürək

Yüksək qızdırma

Titrəmə, tərləmə

Nəfəs almaqda çətinlik

Nəfəs darlığı

Yorğunluq

Halsızlıq

Mədə bulantısı, qusma

İshal

İşdahsızlıq

Simptomlar daha sonra bu formada müşahidə edilir:
Ağciyər infeksiyasının simptomları və müalicəsiYüksək qızdırma – İmmunitet sistemi ağciyər infeksiyası ilə mübarizə apararkən yüksək qızdırma yaranır. Bakteriya ilə bağlı ağciyər infeksiyası yaşanırsa qızdırma 40 dərəcəyədək qalxa bilər.

Sinə ağrısı – Adətən kəskin və ya bıçaq girməsi kimi hiss verir. Bununla birlikdə öskürək əsnasında və ya dərin nəfəs alarkən şiddəti arta bilər.

Öskürək – İnfeksiyaya bağlı olaraq öskürək bəzən qanlı formada gerçəkləşə bilər. Digər əlamətlər keçsə də öskürək bir neçə həftə ərzində davam edə bilir.

Vücud ağrıları – Əzələlərlə birlikdə kürəkdə də yaranır.

Nəfəs darlığı – Ağciyər infeksiyasının əlamətləri arasında nəfəs darlığı da yer alır.

Burun axıntısı – Xüsusilə burun axıntısı və asqırma kimi əlamətlər bronxitlə bağlı ağciyər infeksiyasının göstəricisi ola bilər.

Xırıltı – Nəfəs alıb-verərkən fərqli bir səs, xırıltı olaraq bilinir. Bu xırıltı ağciyər infeksiyası əlamətləri arasında yer alır.

Titrəmə - Ağciyər infeksiyasına bağlı olaraq yüksək qızdırma ilə yanaşı titrəmə də yaşana bilər.

Enerji azlığı və yorğunluq – İmmunitet sisteminin düşdüyü ağciyər infeksiyalarında şəxs özünü yorğun və tükənmiş hiss edir.

Sətəlcəm, bronxit, qrip, tuberkuloz kimi bir çox növləri mövcuddur.

Ağciyər infeksiyası üçün faydalı olan üsulları təqdim edirik:
Ağciyər infeksiyasının simptomları və müalicəsiBol-bol su için

Mümkün qədər istirahət edin

Zəncəfilli çay için

Duzlu su ilə qarqara edin

Olduğunuz məkanı havalandırın

Qızdırma salan dərmanlardan istifadə edin

İnfeksiyanın keçmədiyi vəziyyətlərdə həkim təyinatı üzrə antibiotiklərdən istifadə edin

Pis vərdişlərdən imtina edin.

Ağciyər infeksiyası necə günə keçər?

Ağciyər infeksiyası adətən 3-5 gün ərzində yaxşılaşarkən şiddətli infeksiya vəziyyətəri 10 gündən 6 həftəyə qədər davam edə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 21 sentyabr 2023

Oxşar xəbərlər

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs


masaj yuxuda babasil mualicesi hamilelik testi sekis tecili tibbi yardim
masaj
is elanlari