Addison xəstəliyi nədir?

Addison xəstəliyi nədir?Addison - böyrəküstü vəzilərin müəyyən hormonları kifayət qədər istehsal etmədiyi zaman ortaya çıxan xəstəlikdir. Hormonal pozuntu vücudda bir sıra problemlərə yol aça bilər. İnsan orqanizmi xəstəliklərlə mübarizə üçün bir çox hormon istehsal edir. Kortizol hormonu da stresə qarşı mübarizədə vaciblik təşkil edir. Həmçinin ürək funksiyalarını, immunitet sistemi, qan şəkəri səviyyələrinin də qorunmasına kömək edir. Bu hormon kifayət qədər bədəndə istehsal olunmadığı zaman artıq problemlər yarana bilər.
Addison xəstəliyi adrenalin çatışmazlığı olaraq da bilinir.

Bu xəstəliyin əlamətləri nələrdir?

Bu səbəblə meydana çıxan bir çox əlamətlər mövcuddur. Ancaq bütün simptomlar eyni anda üzə çıxmırlar.
Həmin simptomları təqdim edirik:

Sancılı qarın ağrısı

Qadınlarda menstruasiya dövrünün normal qaydada keçməməsi

Həddindən artıq duz yemə istəyi

Bağırsaq sisteminin pozulması

İshal

Mədə bulantısı

Əzələ zəifliyi

Vücudun soyuğa qarşı həssaslığının artması

Arıqlamaq

Həddindən çox yorğunluq hisi

Bəzi vəziyyətlərdə xəstəlik səbəbiylə simptomlar sürətli şəkildə özünü biruzə verə bilər. Bu zaman addison krizi adlandırılan böyrəküstü çatışmazlığı yaranar ki, bu da ciddi təhlükə siqnalı çala bilər. Belə anlarda təcili müdaxilə mütləqdir.

Bəs addison krizinin əlamətləri hansılardır?

Həddindən artıq arıqlamaq, zəiflik

Nəfəs darlığı

Yüksək qızdırma

Oyanıq qala bilməmək, yatmaq istəyi

Qusma

Bel nahiyəsində şiddətli ağrı və s.
Addison xəstəliyi nədir?Addison xəstəliyinin səbəbi

Vücudun immun sisteminin öz toxuma və orqanları ilə mübarizəsindən qaynaqlanır. Ancaq tək səbəb bu deyil.
Digər səbəblər:

-Adrenalin vəzlərinin yaralanması

-Bu vəzlərə təsir göstərən digər nahiyədə yaranan şiş

-Baş verən qanaxmalar

-Toxuma və orqanlarda bəzi proteinlərin toplanması

-Genetik qüsurlar

Addison xəstəliyi nədir?Diaqnoz necə qoyulur?

Bunun üçün bir neçə prosedur mövcuddur. İlk olaraq pasiyent fiziki müayinə edilir. Dəridə yaranan ləkələr xəstəlikdən xəbər verə bilər. Qan testi və hormonların yoxlanışı bu xəstəlik üçün əhəmiyyət kəsb edir.

Bundan əlavə olaraq həkim tomoqrafiyaya ehtiyac görə bilər.

Müalicəsi varmı?

Addison xəstəliyi üçün dərman istifadəsinə başlanılmalıdır. Vücuddakı gərəkli hormonlar lazımi səviyyəyə çatdırılır. Mütəmadi olaraq hormonal dərman qəbul edilməlidir.

Addison xəstəliyi nədir?Addison xəstələri bunlara diqqət göstərməlidirlər:

İstifadə edilən dərmanlar daima yanlarında olmalıdır.
Dərmanların bir gün belə qəbul edilməməsi ciddi problemlərə yol aça bilər. Bu səbəbdən səyahət və ya iş yerlərində pasiyentlərin dərmanları özləri ilə aparmaqları tövsiyə edilir.
Xəstələr mütəmadi şəkildə həkimlə danışmalı, özləri haqqında məlumatı bildirməlidirlər.
İstifadə edilən dərmanların miqdarı özbaşına dəyişdirilməməlidir.
Müayinələr isə zamanında aparılmalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 21 oktyabr 2023

Oxşar xəbərlər

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari