5 il çimməyən həkimdən pis qoxu gəlməyib: Bu, necə mümkündür?

5 il çimməyən həkimdən pis qoxu gəlməyib: Bu, necə mümkündür?2021-ci ilin yanvarında britaniyalı həkim Ceyms Hamblin cəsarətli bir təcrübə dərc edib. Belə ki, alim sabun və dezodorantlardan istifadə etməyi dayandırıb, həmçinin 5 ildən artıqdır ki, tam olaraq duş qəbul etməyib. Mütəxəssis hesab edir ki, müasir gigiyena dərinin faydalı mikroflorasını məhv edir.
KONKRET.aztəfərrüatları sizə təqdim edir.
Britaniyalı həkim həqiqətənmi yuyucu vasitələrin faydasız olduğunu sübut edə bilib, yoxsa bütün bunlar alimin uydurmasıdır?
Paradoks
Ceyms Hamblin qəti şəkildə inanır ki, əllərin yuyulması, intim gigiyena, dişlərin fırçalanması və alt paltarının dəyişdirilməsi gündəlik vacib rutinlərdir. Bu, bədənin qalan hissəsinə aiddir.
Dəri milyardlarla bakteriyanın daimi yaşayış yeridir, doğuşdan başlayaraq insanla eyni vaxtda böyüyən və inkişaf edən əsl ekosistemdir.
5 il çimməyən həkimdən pis qoxu gəlməyib: Bu, necə mümkündür?Bununla belə, bütün mikroorqanizmlər patogen deyil. Həzmimizə kömək edən bağırsaqdakı bakteriyalar kimi, çöldəki bakteriyalar da dəri sağlamlığı və görünüşü üçün eyni dərəcədə vacibdir. Təbii mikroflorası zərərli mikroblarla mübarizə aparır və ümumi immunitet formalaşdırır.
Gündəlik duş qəbul etmək, müasir gigiyena vasitələri ilə dərini diqqətlə müalicə etməklə, insan təbii mikroflorasını məhv edir.
Duş qəbul edildiyi təqdirdə dəri hissəcikləri arasında qalan boş yer yalnız keçmiş mikroflora ilə deyil, zərərli bakteriyalar tərəfindən işğal edilir. Normal şəraitdə "dəri" toxunulmazlığı bu cür bakteriyaların çoxalmasının qarşısını alır.
5 il çimməyən həkimdən pis qoxu gəlməyib: Bu, necə mümkündür?Beləliklə, bəzi insanlar üçün paradoks yaranır: insan nə qədər tez-tez yuyursa, dərisi bir o qədər tez çirklənir, yağlanır və pis qoxu gəlir.
Tez-tez duş almaq dermatitə səbəb ola bilər. Yuyulmuş bakterial qorunma ilə birlikdə təbii yağın olmaması quru dərinin və mikro çatların meydana gəlməsinə, həmçinin infeksiyalara qarşı həssaslığın artmasına səbəb olur.
Ceyms Hamblinin təcrübəsi
Yale Universitetinin professoru C.Hambin uzun müddət yuyunmayıb. Alim tədricən hamam prosedurlarının sayını azaldıb, daha çox tərləyən bədən bölgələrini yumaqla məhdudlaşıb.
Təcrübəçinin etiraf etdiyi kimi, həkim əvvəllər tez-tez duş qəbul edirmiş. O hesab edir ki, ona görə də özünü daim çirkli hiss edirmiş və paltar üfunət iy verməyə başlayırmış.
Lakin zaman keçdikcə pis qoxu yox olub və bədəni demək olar ki, hiss olunmayan təbii ətir əldə edib. Hamblinin izah etdiyi kimi, sağlam insan belə qoxu verməlidir.
5 il çimməyən həkimdən pis qoxu gəlməyib: Bu, necə mümkündür?Bir alimin təcrübəsində həqiqətən də müsbət bir şey var. Ancaq bu, bir istisnadır. Dermatoloqlar isə izah edirlər ki, sağlam qalmaq üçün Hamblinin təcrübəsini təkrarlamaq lazım deyil. Gigiyenik kosmetik vasitələrdən istifadə edərək həftədə ən azı 1-2 dəfə yuyunmaq lazımdır.
Lakin infeksiyaların insandan insana ötürülməsinin əsas kanalı olan əllər həmişə, gündəlik və hərtərəfli qaydada yuyulmalıdır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 16 iyul 2023

Oxşar xəbərlər

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari