45-60 yaşlı qadınlar qaraciyər piylənməsindən belə qurtulacaq

45-60 yaşlı qadınlar qaraciyər piylənməsindən belə qurtulacaqSonqyunqvan Universitetinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, postmenopauza dövrünü yaşayan qadınlara dəri vasitəsilə estrogenin yeridilməsi onların qeyri-alkoqol qaraciyər piylənməsi xəstəliyi riskini azalda bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqat "Scientific Reports" jurnalında dərc olunub.
Postmenopauza dövründə olan qadınlar arasında xəstəliyin yayılması 20%-i ötür.
Qaraciyər yağlanması kimi də tanınan qeyri-alkoqol qaraciyər piylənməsi (QAQP) xəstəliyi, həddindən artıq alkoqol istehlakı ilə əlaqəli olmayan qaraciyərdə piylərin yığılması ilə xarakterizə olunur. QAQP siroz və qaraciyər xərçəngi də daxil olmaqla daha ciddi fəsadlara yol aça bilər.
Menopauza dövründən əvvəl qadınlarda menopauzadan sonrakı dövrə nisbətən QAQP-a daha az rast gəlinir. Alimlər bunun estrogenlərin qoruyucu rol oynaması səbəbindən baş verdiyini güman edirdilər.
Yeni araşdırmada həkimlər menopauza simptomlarını aradan qaldırmaq üçün hormon əvəzedici terapiya alan 45-60 yaş arasında 386 postmenopauza dövründə olan qadınların məlumatlarından istifadə ediblər. Müalicə uşaqlığı olan qadınlar üçün progestogen və estrogen, uşaqlığı götürülən qadınlar üçün isə yalnız estrogendən ibarət olub. 75 qadın hormonları dəri vasitəsilə (transdermal), 293 qadın isə peroral qaydada qəbul edib.
Nəticələr, postmenopauza dövrünü yaşayan qadınlarda QAQP-nin inkişafının və ya irəliləməsinin qarşısını almaqda estrogenin dəri vasitəsilə daxilə yeridilməsi hormonların peroral qəbulundan daha təsirli ola biləcəyini göstərdi. Dəri vasitəsilə hormon daxil edilən qrupda QAQP-nin yayılması hormonları peroral qaydada qəbul edən qrupa nisbətən əhəmiyyətli dərəcədə aşağı olub.
Bunun səbəbi estrogenin peroral qəbulundan sonra qanda triqliseridlərin (QAQP riskini artıran xüsusi yağlar) səviyyəsini artırması ola bilər. Nəticələr göstərir ki, transdermal hormon terapiyası əvvəllər QAQP olan və ya onun inkişaf riski yüksək olan postmenopauza dövrünü yaşayan qadınlar üçün daha əlverişli ola bilər.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 24 sentyabr 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari