Uşaqlar arasında yayılan rotavirus xəstəliyi nədir?
Rotavirus, xüsusilə 5 yaşdan aşağı uşaqlarda ishala səbəb olan çox yayılmış infeksiya növüdür. 9 fərqli növü mövcud olan rota virusların içərisində ən çox yayılan infeksiyaya səbəb olan qrup Rotavirus A formasıdır. 6-24 ay arasındakı uşaqlarda daha çox müşahidə edilir. Xəstəliyin erkən diaqnozu və müalicəsi əhəmiyyət kəsb edir.
Rotavirus necə yoluxur?
İshal hələ başlamamış da xəstəliyin infeksiyası mövcud ola bilər. Həmin infeksiyanın hansısa hamam və ya tualetə bulaşması nəticəsində canlı qala bilər. Məsələn, bu xəstəliyə yoluxan uşaq və ya böyüklər əgər tualet ehtiyaclarını gördükdən sonra əllərini yumurlarsa, toxunduqları əşyalar, hazırlanan qidalar vasitəsilə yoluxma riski olduqca yüksəlir. Əsas yoluxma təmas yolu ilə olur.
Əlamətləri nələrdir?
Əlamətlər adətən yoluxduqdan 2-4 gün arasında meydana çıxır. Fərqli simptomlarla özünü göstərə bilər. İlk sırada ishal və qusma yer alır.
Bundan əlavə:
Yorğunluq
Qarın ağrısı
Əsəbilik
Ani yüksələn temperatur
Əgər bu əlamətlərə dərhal müdaxilə edilməsə bədəndəki maye azala bilər. Bu da uşağın halının daha da pisləşməsi ilə nəticələnər.
Diaqnoz necə qoyulur?
Həkimin müayinəsi və verilən sidik, qan analizi ilə xəstəliyin növü deyilə bilər.
Müalicəsi
İmmun sistemi güclü olan uşaqlarda bir neçə günə simptomlar azalmağa başlayacaqdır. Bu xəstəliyə qarşı xüsusi dərman preparatı mövcud deyil. Ancaq mövcud simptomlara uyğun həkim dərmanlar təyin edə bilər. Xüsusilə də ishalın, qusmağın qarşısı dərhal alınmalıdır. Bundan əlavə xəstə bol maye qəbul etməlidir.
Əgər uşaq hələ körpədirsə ana tez-tez əmizdirə bilər. Bu, körpənin vücudundakı maye itkisinin qarşısını alacaqdır.
Şəkərli və yağlı qidalardan, içkilərdən uzaq durmaq tövsiyə edilir. Çünki bunlar ishal və qusmağın şiddətini artıracaqdır.
Suyu yeməklərə üstünlük verilməlidir.
Xəstə dincəlməli və uzanaraq xəstəliyin simptomlarının azalmasına dəstək ola bilər. Gigiyenaya diqqət göstərmək lazımdır.
İstilik 40 dərəcəyədək qalxa biləcəyindən, qızdırmanı endirən dərmanların istifadəsi və maye qəbulu vacibdir.

DOKTORINFO.AZ Uşağı dərs ilinə necə hazırlaşdırmalı?
Dərs ilinin başlanılmasına olduqca az vaxt qaldı. Uşaqları yoluxucu xəstəliklərə qarşı qorumaq üçün tədbirlər görülməlidir. Xəstəliklərinin artmasında səbəb uşaqların olduqları ortamları dəyişməsidir. Belə ki, uşaqlar gigiyeni
Göy öskürək xəstəliyi
Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik
Uşaqlarda göz xəstəlikləri
Uşaqlarda görülən göz xəstəlikləri doğuşdan etibarən ya da irəliləyən illərdə ortaya çıxa bilir. xəbər verir ki, doğuşdan etibarən görülən uşaq göz xəstəlikləri adətən qalıcı olur. Uşaq göz xəstəlikləri, quruluş olaraq təsirlənə
Uşaqlarda ürək xəstəlikləri
Ürək –damar xəstəlikləri böyüklərlə yanaşı uşaqlarda da görülə biləcək xəstəlik növüdür. xəbər verir ki, əksər valideyn isə məhz xəstəlik özünü artıq bariz biruzə verdiyi zaman həkimə müraciət edirlər. Bəs uşaqlarda hans
Asperger sindromu
Autizm spektr pozuntusunun bir növü olan asperger sindromu, sosiallaşa bilmə və əlaqə qura bilmə bacarıqlarını məhdudlaşdıran inkişaf pozğunluğudur. xəbər verir ki, bu sindroma sahib şəxslər tez-tez təkrarlayan hərəkətlə
Uşaqlarda xərçəngin əlamətləri
Dünyada və ölkəmizdə azyaşlı uşaqlar arasında onkoli xəstəliklərin sayı daha çox artır. xəbər verir ki, uşaqlar üçün bədxassəli şişə yoluxmağın əsas mərhələsi məhz 2-8 yaş arasıdır. Orqanizmdə baş verən dəyişikliklərə diqqətl
Uşaqları xəstəlikdən necə qorumalı?
Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər
Uşaqlara qoyulan yanlış diaqnozlar - Pediatrdan açıqlama
Müasir zamanda qatqılı qidalar, geni dəyişilmiş meyvələrdən istifadə sağlamlığa da təsirsiz ötüşmür. Bu, xüsusilə də uşaqlara təsir göstərir. Bəzi xəstəliklərin diaqnozu isə yanlış qoyulur. xəbər verir ki, pediatr-neonatolo
Kistik fibrozis nədir?
Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanları