Ürək ağrıları zamanı "Valerian", "Korvalol" içmək olarmı?
Bir çox insan vücudunda yaranan ağrının dərhal qarşısını almaq istəyir. Bu səbəbdən isə onun nədən baş verdiyini araşdırmadan ağrıkəsicilərə üz tutur. Bir çoxları isə istifadə edilən tablet, damcıları zərərsiz bilirlər.
Doktorinfo.az məlumat verir ki, xarici mütəxəssislər isə bu barədə həyəcan təbili çalırlar. Belə ki, sadə, bitki terkibli zənn edilən damcı və ya tabletler insan orqanizmində böyük fəsadlara yol aça bilər. Belə dərmanlardan biri isə məhz ürək ağrıları üçün istifadə edilən damcı və tabletlərdir.
Aparılan araşdırmalara görə, ürək ağrıları böyük fəsadlara yol aça biler, hətta ölümlə nəticələnə bilər. Bu növ ağrıların bir çox yaranma səbəbi ola bilər. Dərhal belə preparatlardan istifadə doğru addım deyil. Həmçinin aparılan araşdırmalara görə, bitki tərkibli zənn edilən "Korvalol" tipli preparatların daxilində bir çox güclü kimyəvi maddələr mövcuddur. Bu səbəbdən istifadə zamanı olduqca diqqətli olmaqda fayda vardır. Yaradacağı fəsadlardan biri isə asıllıqdır. Belə ki, əgər ürək ağrıları həyəcan, stresdən qaynaqlanıbsa bu zaman effektli təsiri mümkündür, ancaq bu o anlıq və ya həmin günlük ola bilər. Müalicə məqsədilə bu növ dərmandan istifadə etmək doğru hesab edilmir. Çünki bu istiqamətdə təsiri yoxdur.
Reseptsiz satıldığı üçün əksər insan "Korvalol", "Valerian" və s. dərmanlarından alır. Ancaq bu qəbilədən olan dərmanların heç biri ürək ağrıları zamanı müalicəvi effektə sahib deyillər. Nəticədə isə əlamətlər keçir və əsas sebebin qaynağı aşkar edilmir və getdikcə altda yatan xəstəlik irəliləyir.

DOKTORINFO.AZ Siam əkizliyi necə olur?
Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
Limfa düyünlərinin müalicəsi
Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir
Bəyaz sirkənin faydaları
Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?
Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Vücudda yaranan qırmızı xal təhlükəlidir?
Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını