Səhiyyə Nazirliyi reseptlərlə bağlı tapşırıq verdi

Səhiyyə Nazirliyi reseptlərlə bağlı tapşırıq verdiE-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.
KONKRET.azxəbər verir ki, bunu Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O bildirib ki, bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək:
"Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq. Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb".
Rüfət Hacıəlibəyov bildirib ki, vətəndaşın rəqəmsal profili hamiləliyin qeydə alındığı andan ölüm anına qədər sağlamlıq məlumatlarının toplanmasının əsas komponentidir. Bu, vətəndaşın bütün həyat dövrü ərzində sağlamlığının elektron tarixçəsini saxlamağa, onun tibb müəssisələrinə müraciətlərinin tarixçəsini, o cümlədən müayinələrin nəticələri və şəkillərini, peyvəndləri, reseptləri, epikrizləri və bütün sağlamlıq xüsusiyyətlərini saxlamağa imkan verəcək. Bu isə, öz növbəsində, toplanmış məlumatları sistemləşdirməyə və təhlil etməyə imkan yadacaq. Əldə edilmiş məlumatlar əsasında həkimlər vətəndaşın cari sağlamlığı haqqında tam məlumat ala biləcəklər ki, bu da xəstəliklərə daha dəqiq diaqnoz və müalicəni təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, habelə həm vətəndaşlar, həm də dövlət üçün gündəlik və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Həmçinin, bu məlumatlar əhalinin sağlamlıq vəziyyətini ölkə miqyasında düzgün proqnozlaşdırmağa və gələcək səhiyyə strategiyasının formalaşmasında düzəlişlər etməyə imkan yaradacaq. Vətəndaşların gözləntiləri də nəzərə alınmalıdır. Vətəndaşlar texnoloji cəhətdən daha bilikli olduqca və digər sahələrdə rəqəmsal xidmətlərə öyrəndikcə, səhiyyə sektorunda da eyni rahatlığı və əlçatanlığı tələb edəcəklər. Pasientlərin gözləntilərinin qarşılanması tibb işçiləri üçün rəqəmsal səhiyyəni qəbul etmək üçün təkanverici qüvvə ola bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak


masaj yuxuda qarin agrisi boyrek agrisi cinsi xestelikler dis agrisi
masaj
is elanlari