Vaginal qaşıntının səbəbləri və çarəsi

Vaginal qaşıntının səbəbləri və çarəsiQadınlarda geniş olaraq görünən problemlərdən biri də vaginal qaşıntıdır. Adətən allergik və kimyəvi maddələr istifadəsi nəticəsində ortaya çıxan problemdir. Bu problem bir çox qadını narahat edir. Bakterial vaginoz vagina qaşıntıya səbəb olan başqa bir faktordur. Bu qaşıntı vaginal göbələk infeksiyası problemi olan vaginada təbii olaraq yaranan yaxşı və mənfi bakteriyalar arasındakı natarazlığın yaranması sonrası meydana gəlir. Ağrılı simptomdur. Bunlardan bezileri dəri xəstəlikləri və ya cinsi üsulla yoluxan xəstəliklərin bir nəticəsi olaraq da ortaya çıxa bilər.

Doktorinfo.az məlumat verir ki, vaginal qaşıntıya bunlardan əlavə də səbəb olan faktorlar mövcuddur. Çox nadir hallarda stress və ya xerçeng səbəbiylə vaginal qaşıntı probleminiz ola bilər. Problemin ən geniş yayılmış səbəbi isə göbələk infeksiyaları ola bilər. Bunun xaricində genital ziyillər, cinsi yolla yoluxan xəstəliklər və s. ola bilər.

Vaginal qasinti ucun neler edilmelidir?

Qadınlarda görülən narahatçılıq növü olan vagina qaşıntısına yaxşı təsir göstərən bitki tərkibli müalicə üsulları mövcuddur. Bu formada xəstəxanaya getmədən evdə bəzi usullar mövcuddur.

Buz torbası – Bunlardan ilkin edilə biləcək üsullar arasında yer alır. Bu narahatçılıq növü xüsusilə gecələri dayanılmaz hal alır. Bu problemə buz torbası ilə kompres edərək həll tapa bilərsiniz.
Vaginal qaşıntının səbəbləri və çarəsiAlma sirkəsi – Bir digər vagina qaşıntısına təbii həll olan üsul alma sirkəsindən istifadə etməkdir. Alma sirkəsi antibakterial xüsusiyyətləri mövcud olan möcüzəvi qidadır. Bunun üçün 2 xörək qaşığı alma sirkəsini ilıq su ilə qarışdırın. Daha sonra bu su ilə vaginal nahiyənizi iki ilə üç gün ərzində gündə 2 dəfə yuyun. Zamanla bu narahatçılıq verən qaşıntının getdiyini görəcəksiniz.

Əsla sirkədən çox və içəriyə doğru istifadə etməyin. Qaşıntınız varsa vannanı su ilə doldurub içinə bir qapaq alma sirkəsi də əlavə edə bilərsiniz. Bu sizi bir miqdar rahatlaşdıra bilər.

Reyhan – Möcüzəvi bitkidir. Yarpaqları antimikrobik, antifungal və antibakterial xüsusiyyətlərə sahibdir. Su dolu bir qaba reyhan yarpağı elave edib daha sonra qaynadın. Ardından 20 dəqiqə suyu dəmləyin. Dəmlənən reyhan suyunu gündə 2 dəfə için.

Qaşıntının keçməsi üçün ilk olaraq genital nahiyə təmizliyinə diqqət etmək lazımdır. Daha sonra vaginal duş etməkdən qaçınılmalıdır.

Pambıqlı iç geyimlər istifadə edilməlidir.
Vaginal qaşıntının səbəbləri və çarəsiÇox dar geyimlərdən imtina edilməlidir.

Vaginal gellərdən maksimum dərəcədə az istifadə etməyiniz tövsiyə edilir.

Hamiləlik aylarında ana namizədlərində meydana gələn vaginal qaşıntılara həkim nəzarəti əsas şərtdir.

Əgər ana namizədlərində vaginal qaşıntı varsa bu qaşıntı ilk olaraq allergik vəziyyətdən qaynaqlana bilər. Belə bir vəziyyətdə həkiminizlə məsləhətləşməyiniz tövsiyə edilir.

Vaginal qaşıntı üçün gərəkənləri ümumiləşdirsək aşağıdakılar edilməlidir:
Vaginal qaşıntının səbəbləri və çarəsiGenital nahiyənizi ilıq su və nazik təmizləyici ilə diqqətli formada yuyun.

Duş qəbulu zamanı qoxulu sabular, lasyonlar, köpüklü mehsullardan qaçınılmalıdır.

Spreylər və dus gelləri kimi gigiyena məhsullarından istifadə etməyin.

Üzdükdən sonra və ya idmandan sonra kirlənən iç geyiminizi çıxarın, əvəzinə təmiz iç geyimi seçin.

Alt paltarınızı tez-tez dəyişdirməyə diqqət edin.

İnfeksiya kimi narahatçılıqdan əziyyət çəkməmək üçün bol-bol qatıq istifadə edin.


DOKTORINFO.AZ
Qadın xəstəlikləri       Tarix: 25 iyul 2024

Oxşar xəbərlər

Vaginal axıntı və müalicəsi

Vaginal axıntıdakı anormal vəziyyətlər bütün infeksiyadan əziyyət çəkən qadınların ortaq xüsusiyyətidir. xəbər verir ki, bu səbəbdən öncə vaginal axıntının nə olduğuna diqqət yetirək. Vaginal axıntı təbii vəziyyətdir və hamil

Vaginal iltihabın müalicəsi

Vagina nahiyəsində ağrı, axıntı və qaşıntı kimi simptomlarla xarakterizə olan vagina iltihabı qadınların sosial həyatını və cinsi sağlamlığına mənfi təsir göstərən xəstəliklərdəndir. məlumat verir ki, müxtəlif səbəblərə bağl

Cinsi münasibət zamanı ağrı... Disparoni nədir?

Cinsi münasibət əsnasında yaşanılan ağrı disparoni olaraq adlandırılır. Bu vəziyyət, cinsi sağlamlıq mövzusunda önəmli problemi təmsil edir. Disparoni, şəxslərin cinsi həyatına mənfi təsir göstərə bilər və müxtəlif səbəblər

Vaginizm xəstəliyi nədir?

Vaginizm, vaginal hissədə olan əzələlərin sıxılması, gərilməsi nəticəsində cinsi münasibətin həyata keçməməsinə verilən addır. xəbər verir ki, bu hər qadında meydana çıxa bilər. Daha ətraflı məlumat üçün məqaləni sonadə

Süd vəzi xərçəngində hansı müalicə növü istifadə edilir?

Xərçəng, bədxassəli şişdir. Bu şişlərin böyüməsi, yayılması artıq sağlamlıq üçün böyük problemlərə yol açır. bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları nahiyəni, həm də ona yaxın hissələri zədələməs

Cinsi əlaqə zamanı qanaxmanın səbəbləri

Hər cinsi əlaqə uğurlu alınmır. Bəzi münasibətlərdə ağrı,qanaxma ilə nəticələnə bilər. Bes qanaxmalarin sebebleri nelerdir?. təqdim edir:. Travma: Bəzən cinsi əlaqə zamanı qorxu yaranır. Həmçinin bu hansısa yaşanan pis hekay

Yumurtalıq ağrısı

Qadın xəstəlikləri geniş yayılmış problemlərdən biridir. Bunlardan biri isə yumurtalıq ağrılarıdır. Bu, qadınların iş və gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilir. xəbər verir ki, yumurtalıqlar menstruasiya müddəti

Qeysəriyyə doğuş nədir?

Qeysəriyyə doğuş gərəkli vəziyyətlərdə körpənin cərrahi olaraq alındığı doğuş üsuludur. Üstünlükləri və riskləri hər ana və uşağa görə dəyişir. Qeyseriyye dogus nedir?. Daha ətraflı məlumat üçün məqaləni axıra qədər oxuyun

Menstruasiya gecikməsinin səbəbləri

Hansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgü


masaj yuxuda qarin agrisi bogaz agrisi goz hekimi boyrek agrisi
masaj
is elanlari