Psoriaz xəstəliyi

Psoriaz xəstəliyiPsoriaz, müalicəsi olmayan xroniki xəstəlikdir.

Doktorinfo.az xəbər verir ki, bu xəstəlik, bir neçə həftə və ya bir ay ərzində baş qaldırar, sonra bir müddətliyinə azalar. Əlamətlərini azaldan bir sıra müalicə üsulları mövcuddur.

Psoriazin elametleri nelerdir?

İnsandan-insana dəyişir. Ən çox yayılan əlamətləri aşağıdakılardır:

Qalın, gümüş pullanma ilə yaranan qırmızı dəri ləkələri

Qaşınan quru dəri

Qaşıntı ilə yanaşı yaranan yanma, ağrı

Şişmiş və sərt oynaqlar.
Ən çox təsirlənən nahiyələr bel, dirsək, diz, ayaq, ayaq dabanları, baş dərisi, üz və ovuc içidir.

Psoriaz xəstəliyiXəstəliyin səbəbləri iki əsas faktorla bağlıdır.

İmmun sistemi – ağ qan hüceyrələrinin dəriyə yanlışlıqla hücumu nəticəsində müşahidə edilən xəstəlikdir. Otoimmun xəstəlikdir. Sürətlə istehsal olunub dəri hüceyrələri dərinin alt təbəqəsində toplanır. Toplaşan dəri hüceyrələri dərinin üzərinə itilərək dərini məhv edər. Bununla dəridə qırmızı rəngli iltihablı sahələr görülə bilər.

Genetik səbəblər – Genetik yollarla ana-ata və ya birinci dərəcədə qohumluğu olan şəxslərdən keçə bilər. Qohumlarda bu xəstəliyin olması şəxsin psoriaza yoluxma riskini artırır.

Hansı vəziyyətlər bu xəstəliyə zəmin yaradır?

Soyuq və quru hava

Həşərat dişləməsi və ya şiddətli günəş yanığı

Stress

Siqaretdən istifadə

Spirtli içki qəbulu

Bəzi oral dərmanların anidən kəsilməsi

Psoriazın bir neçə növü vardır: Eritrodermik, vulqar, irinli və digərləridir. Bunlar bir-birindən fərqlənir. Məsələn, vulqar psoriaz yüngül gedişli, müalicəyə tabe olan növüdür. İrinli isə daha çətin, ağır davam edən, sistemik müalicələrə ehtiyac duyulan növdür.

Psoriaz xəstəliyiBəs diaqnoz necə qoyulur?

Əksər zaman həkim əlamətləri müşahidə edərək diaqnozu qoyur. Ailənin başqa üzvünün bu problemdən əziyyət çəkməyi diaqnozu qoymağa kömək edir. Şübhəli vəziyyətlərdə isə biopsiya edilə bilər. Bundan əlavə qanda bəzi göstəricilərə baxılaraq növü daha da dəqiqləşdirilir.

Psoriazin mualicesi varmi?

Xroniki xəstəlik hesab olunduğu üçün qalıcı müalicə növü yoxdur. Ancaq şiddətlənən əlamətləri azaltmaq mümkündür. İltihablanma azaldıla və dəri müəyyən qədər də olsa yaxşılaşdırıla bilər. Müalicə həkimin qoyduğu diaqnoza əsasən təyin edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Kəpənək xəstəliyi nədir?

Tibbi adı ilə "Sistemik Lupus Eritematozus" olaraq bilinən kəpənək xəstəliyi, vücudu qoruyan immun sisteminin dəri, oynaqlar, böyrəklər, beyin, ürək, ağciyərlər və qan hüceyrələri də daxil olmaq üzrə yanlışlıql


masaj yuxuda tecili yardim bogaz agrisi goz hekimi boyrek agrisi
masaj
is elanlari