Mədə bulantısı hansı növ baş ağrısında olur? - Osteopat açıqladı

Mədə bulantısı hansı növ baş ağrısında olur? - Osteopat açıqladıBaş ağrısı bir çox insanı narahat edən problemlərdəndir. Səbəbi müxtəlif olur.

Doktorinfo.az xəbər verir ki, osteopat Müşfiq Məmmədovun sözlərinə görə, baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxması nəzərdə tutulur. Misal üçün ümumi soyuqdəymənin əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur. Birincili baş ağrısına Miqreni misal göstərmək olar.

Bəs gərginlik baş ağrıları hansı nahiyədə tutur?

Məmmədov, gərginlik tip baş ağrılarının geniş yayıldığını və əksər insanda müşahidə edildiyini dilə gətirib:
Mədə bulantısı hansı növ baş ağrısında olur? - Osteopat açıqladı"Bu zaman gicgah və ya ənsə nahiyəsində bəzən isə bütöv başda orta intensivlikdə ağrılar qeyd olunur. Ağrı 1 saatdan bir neçə günə qədər davam edə bilər. Bəzən isə ağrılarla yanaşı mədə bulantısı, işıqdan qorxma və küyə qarşı dözümsüzlük kimi şikayətlərdə narahat edir".

Həkim, miqren olduğu zaman bulantı, qusmanın ola biləcəyini, səs-küyə qarşı reaksiya olacağını qeyd edir.

"Müəyyən yaşdan sonra bir çox insanın onurğa sütununun boyun hissəsində degenerativ dəyişikliklər baş verir. Əksər hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi görülür",-deyə osteopat vurğulayıb.

Arterial təzyiq də baş ağrılarının çox rast gəlinən hallarından olduğunu bildirib. Belə ki, təzyiqin azalması baş ağrısını yaradan səbəblərdəndir.
Bu zaman doğru müalicə üçün həkimə müraciət etmək lazımdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 20 iyun 2024

Oxşar xəbərlər

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda cinsi xestelikler tecili yardim qarin agrisi babasil mualicesi
masaj
is elanlari