Kistik fibrozis nədir?

Kistik fibrozis nədir?Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanların funksiyalarıa təsir göstərir.

Doktorinfo.az xəbər verir ki, gendəki mutasiya nəticəsində ağciyər, mədə-bağırsaq, tər vəzlərində pozuntu baş verir. Kistik fibrozis xəstəliyinə sahib şəxslərdə, vücuddakı yer alan mukus qalınlaşır və yapışqan bir hal alır. Bu vəziyyət şəxsin nəfəs almaqda çətinləşməsinə səbəb olur və ciddi ağciyər infeksiyasının inkişaf ehtimalını artırır. Həzm fermentləri incə bağırsaqlara çatmadığı zaman qidalar düzgün şəkildə parçalana bilməz və qidalar sovrulmaz. Kistik fibrozisli şəxslərin qidalanma pozğunluqları, qarın ağrısı və şiddətli qəbizlik kimi narahatçılıq ola bilər.

Kistik fibrozis, vücudun tərləmə yolu ilə hədsiz miqdarda duz itkisinə səbəb olur, bu da həddindən çox maye itkisinə, yorğunluğa, aşağı təzyiqə və ürək narahatçılıqlarına yol aça bilər. Yenə bu xesteliye sahib olan şəxslərdə diabet, osteoporoz və sonsuzluq ehtimalı yüksələ bilər.

Səbəbi:

Gen mutasiyasından qaynaqlanan xəstəlikdir. Xəstəlik genini daşıyan qadın və kişilərin uşaqlarında 25 faiz ehtimalla ortaya çıxar.

Xəstəlik zamanı bir sıra minerallar hüceyrə xaricinə daşına bilməz və su da hüceyrə xaricinə buraxılmaz.

Kistik fibrozis, adətən yeni doğulan uşaqlara edilən rutin yoxlanışlarda müəyyən edilə bilər. Ancaq bəzi vəziyyətlərdə xəstəlik irəliləyən zamanlarda üzə çıxır.
Kistik fibrozis nədir?Əlamətləri nələrdir?

Duzlu dəri

Həddindən çox bəlğəmli, öskürək

Ağciyər infeksiyaları

Həddindən çox tüpürcək

Sonsuzluq

Diabet xesteliyi

Müalicəsi necə aparılır?

Pulmoner reabilitasiya – Ağciyərdə tıxanmaların yaranmasının qarşısını almaq və yaranan bəlğəmin rahatca atılmasını təmin etmək üzrə edilə biləcək hərəkətlərdir.

Fizioterapiya – Müxtəlif cihazlar və idman hərəkətləri ilə xəstənin rahatlanmasına kömək edir.
Kistik fibrozis nədir?Oksigen müalicəsi – Bu müalicə vücudda mukus toplanması və ağciyər infeksiyaları səbəbiylə qandakı oksigen səviyyəsinin düşməsinin qarşısını almaq üçün verilir.

Ağciyər nəqli – Xəstəliyin irəlilədiyi vəziyyətlərdə ağciyərlə bağlı problemlərin mualicesinde istifadə edilən üsuldur.

Yüksək kalorili pəhriz – Həzm sisteminde yaranan problemlərdən ötrü kistik fibrozisli xəstələr qidalardan kifayət qədər enerji ala bilməzlər. Bu səbəblə daha yüksək enerji tərkibli qidalardan ibarət pəhrizlərdən istifadə edilə bilər.


DOKTORINFO.AZ
Uşaq xəstəlikləri       Tarix: 21 dekabr 2023

Oxşar xəbərlər

Uşağı dərs ilinə necə hazırlaşdırmalı?

Dərs ilinin başlanılmasına olduqca az vaxt qaldı. Uşaqları yoluxucu xəstəliklərə qarşı qorumaq üçün tədbirlər görülməlidir. Xəstəliklərinin artmasında səbəb uşaqların olduqları ortamları dəyişməsidir. Belə ki, uşaqlar gigiyeni

Tənbəl göz sindromu

Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir. xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir. Daha çox uşaqlıq dövrünü

Uşaqlarda göz xəstəlikləri

Uşaqlarda görülən göz xəstəlikləri doğuşdan etibarən ya da irəliləyən illərdə ortaya çıxa bilir. xəbər verir ki, doğuşdan etibarən görülən uşaq göz xəstəlikləri adətən qalıcı olur. Uşaq göz xəstəlikləri, quruluş olaraq təsirlənə

Ən yaxşı pediatr kimdir?

"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia

Erkən yeniyetməlik nədir?

Uşaqlıqdan böyüklüyə keçiş müddəti yeniyetməlik olaraq adlandırılır. Uşaqların ən sürətli böyüdüyü müddətlərdən biri olan yeniyetməlikdə bədəndə sürətli dəyişimlər meydana gəlir. Bu müddətdə fizioloji dəyişikliklər mümkündür

Uşaqları xəstəlikdən necə qorumalı?

Soyuq havalar, yazın gəlişi ərəfəsi zamanı havaların soyuq və ya isti keçməsi xəstəliklərin artımına səbəb olur. Bununla da uşaqların immunitet sistemi xüsusilə zəifləyir. Bu məqamda valideynlər bəzi nüanslara diqqət etməlidirlər

Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?

Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his

Ani körpə ölümü sindromu nədir?

Ani körpə ölümü, körpələrin adətən ilk illərində sağlam olmaqlarına baxmayaraq açıqlana bilməyən səbəblərlə və əksər zaman yuxu əsnasında ani formada uşağın beşiyində ölü tapılmasıdır. xəbər verir ki, uşaqlarda ölüm səbəblər

Uşaqlarda qida allergiyası

Qida allergiyaları, qidalanmada yer alan qida maddələrinə qarşı immun sisteminin verdiyi reaksiya olaraq ortaya çıxan, müxtəlif sağlamlıq problemlərinə səbəb olan və xəstənin həyat keyfiyyətinə mənfi təsir görstərən sağlamlı


masaj yuxuda tecili yardim cinsi xestelikler mede agrisi dis agrisi
masaj
is elanlari