Kişidə cinsi istəksizliyin tibbi səbəbləri

Kişidə cinsi istəksizliyin tibbi səbəbləriCinsi istəksizlik, bir çox şəxsin fərqli zamanlarda qarşılaşdığı problemdir.
Cinsi istəksizlik şəxsin cinsi münasibətə daxil olma vəziyyətində istəyinin olmaması, azalması halıdır.

Əlamətləri:

Əsas əlaməti cinsi istəyin olmamasıdır. Nəticədə isə cinsi münasibətdə kəskin azalma müşahidə edilir. Digər tərədən depressif duyğuların artması, yorğunluq, halsızlıq kimi əlamətlər də izlənə bilər.

Kişidə cinsi istəksizliyin səbəbləri

Cinsi istəksizlik adətən psixoloji faktorlara bağlı olmaqla yanaşı kişi hormonu olan testesteron əksikliyi nəticəsində yaşana bilər. Bundan əlavə libodonun tənzimlənməsi də təsir edən faktordur.

Antidepressiya dərmanları cinsi istəyi azaldırmı?

Belə dərmanlar uzunmüddətli istifadə edildiyi zaman xüsusilə 6 aydan sonra cinsi istəkdə azalma müşahidə edilə bilər.

B12 əksikliyi cinsi istəksizliyə səbəb olurmu?

B12 vitamini əksikliyinin cinsi istək və cinsi funksiya üzərində təsirli ola biləcəyi zənn edilir. Ancaq bu mövzu ətrafında dəqiq araşdırma yoxdur. Digər tərəfdən B12 vitamini xüsusilə kişinin gəncləşdirilməsi məqsədilə dəstək müalicəsi olaraq istifadə edilməkdədir.

Təzyiq dərmanları cinsi istəksizliyə səbəb olurmu?
Kişidə cinsi istəksizliyin tibbi səbəbləriAntidepressiya dərmanları kimi bir qism təzyiq dərmanları da bənzər təsir ilə cinsi istəksizlik yarada bilir. Digər tərəfdən təzyiqin varlığı onsuzda cinsi funksiya üçün risk faktorları arasında yer almaqdadır.

Varikosel cinsi istəksizliyə zəmin yaradırmı?

Testin iki təməl funksiyası spermanın istehsalı və testesteron hormonu sintezidir. Xüsusilə, irəli dərəcə varikosel cinsi orqanda kiçilmə və nəticədə testiküler funksiya pozğunluğuna səbəb ola bilər. Beləliklə testesteron sintezini azaldaraq cinsi istəksizliyə səbəb ola bilir.

Prostat və şəkər xəstəliyi cinsi istəksizlik səbəbidir?

Hər iki xəstəlik də yaşayış keyfiyyətini pozur. Xüsusilə, gecə rejiminə təsir göstərəcək prostat ağrısı olan şəxslərdə yaşayış keyfiyyətinin pozulması nəticəsində cinsi istəksizlik yarana bilər.

Şəkər xəstəliyinin cinsi istəksizliklə birbaşa əlaqəsinin olduğuna dair dəqiq məlumatlar yoxdur. Ancaq yaratdığı müəyyən narahatçılıqların bu nəticəyə zəmin yaradacağı zənn edilir.

Cinsi istəksizliyin qidalanma ilə əlaqəsi varmı?

Qidalanma və cinsi istəksizlik mövzusunda hansısa bir əlaqə qurmaq çətindir. Şokolad, kakao yağı tərkibli bir sıra qidalar cinsi hissin yaradılmasında öz təsirini göstərir.

Cinsi istəksizliyin diaqnozu
Kişidə cinsi istəksizliyin tibbi səbəbləriCinsi istəksizliyin müəyyənləşməsində dəyərləndirmə gərəklidir. Xüsusilə tibbi keçmiş, cinsi funksiya pozğunluqları, cinsi istəksizliyin səbəbi müəyyən edilir. Buna səbəb olan psixoloji faktorlar araşdırılır. Səbəb ola biləcək xəstəliyin varlığı və ya dərman istifadəsi müəyyən edilir. Bununla yanaşı:

Vücudda tüklənmə miqdarı

Sinədə böyümənin olub-olmaması

Cinsi orqanın ölçüsü müayinə edilir.

Daha sonra lazımi hormonlar dəyərləndirilir.

Testesteronun cinsi münasibətin üzərində təsirləri vücudda fərqli və vacib vəzifələri mövcuddur.

Vücudda bu funsksiyaları yerinə yetirir:

Vücud tüklənməsi

Əzələ və sümük quruluşunun inkişafı

Səs tellərinin inkişafı və kişiyə məxsus səs tonunun yaranması

Saç quruluşunun formalaşması

Cinsi orqanların inkişafının, funksiyalarının tamamlanması

Ürək sağlamlığı

Qan hüceyrələrinin istehsalı

Yaddaş

Əksikliyi zamanı cinsi istəksizliklə bağlı digər problemlər də aşkara çıxır:

Halsızlıq

Tez əsəbləşmə

Depressiya

Yuxusuzluq

Tərləmə

Həddindən çox həyəcanlanma

Müalicə

Əgər səbəbi psixoloji səbəblərdən qaynaqlanırsa müalicəni psixiatr davam etdirir. Əgər orqanlarla bağlı problemdirsə hormonlar və bunu yaradan faktorlar araşdırılaraq düzgün müalicə tərtib edilir. Beləliklə problem aradan qaldırılır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 sentyabr 2023

Oxşar xəbərlər

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir


masaj yuxuda bogaz agrisi goz hekimi cinsi xestelikler boyrek agrisi
masaj
is elanlari