İnfeksiyaya tutulmaq istəmirsinizsə... SADƏ QAYDALAR

İnfeksiyaya tutulmaq istəmirsinizsə... SADƏ QAYDALARHər il payızın gəlişi ilə soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklərin əhali arasında geniş yayılması ilə qarşılaşırıq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, özümüzü onlardan necə qorumağımız barədə Rusiyalı həkim kardioloq, terapevt, tibb elmləri namizədi Olqa Kozlova danışıb.
O, ilk növbədə həmişə havaya uyğun geyinməli olduğumuzu vurğulayıb.
"Əgər özünüzü pis hiss etməyə, özünüzdə zəiflik və öskürək hiss etməyə başlayırsınızsa, bu, infeksiyanın mövcud olduğunu göstərir. Soyuq hava vəziyyəti daha da ağırlaşdıran əlavə bir amildir. Ona görə də həmişə hava şəraitinə uyğun geyinmək vacibdir", - deyə mütəxəssis açıqlayıb.
Virusların yayılmasına təkan verən ikinci amil həddindən artıq sıxlıqdır. Belə ki, uşaqlar məktəbə, böyüklər isə işə gedirlər. Bu yerlərdə infeksiya daşıyıcıları ola bilər. O, epidemiyaların məhz belə yarandığını qeyd edib.
Üstəlik, özünüzü viruslardan 100% qoruya bilməzsiniz, çünki bunun üçün tam təcrid tələb olunur. Bununla belə, bir sıra profilaktik qaydalar var ki, onlara riayət etmək infeksiya riskini azaldacaq. Həkim qeyd edib ki, ilk növbədə, şəxsi gigiyenaya riayət etmək lazımdır: evə qayıtdıqdan dərhal sonra əllərinizi sabunla yaxşıca yuyun və yeməzdən əvvəl tərəvəz və meyvələri yaxşıca yuyun.
"Olduğunuz otağı mütəmadi olaraq havalandırın ki, zərərli mikroorqanizmlər ətrafınızda yığılmasın. Mümkün qədər tez-tez döşəməni silin, xüsusi vasitələrdən istifadə etməyiniz mütləq deyil. Səthlərin üzərində tozunun yığılmasına diqqət edin, çünki təhlükəli orqanizmlər məhz burada yaşayır", - deyə O.Kozlova əlavə edib.
Bundan əlavə, insanların çox olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur, çünki əksər viruslar hava-damcı yolu ilə ötürülür. Həm də müntəzəm olaraq qripə qarşı peyvənd olunmaq məsləhət görülür. Yeri gəlmişkən, bu xəstəliyin üç əsas növü var - A, B və C, bunlardan ən sabit olanı sonuncusudur. Əgər bir dəfə bu xəstəliyi keçirmisinizsə, ona yenidən yoluxma ehtimalı azdır.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 25 sentyabr 2023

Oxşar xəbərlər

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari