Hər gün bir ədəd nar yeməyə 10 səbəb

Hər gün bir ədəd nar yeməyə 10 səbəbFəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır.Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları haqqında nə qədər məlumatınız var?
Milli.Az onun orqanizm üçün 10 əsas faydalarını təqdim edir:
Əvvəlcə onu deyək ki, narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.
1.Mədə-bağırsaq sistemi üçün əvəzsizdir.
Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
2. Hormonların aktivliyini artırır.
Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir. Buna görə də, nar dənəciklərini yeyərkən tumurcuqlarını atmayın, onları çeynəyib yemək baş ağrıları üçün əvəzsiz vasitədir.
3. Xərçəngə qarşı güclü vasitədir.
Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
4. İnsulin əvəzedicisidir
Nar diabetik xəstələr üçün faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq.
5. Diş ətinin iltihabı zamanı
Diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür. Nar suyu ilə damağı qarqara edin.
6. Öskürək zamanı faydalıdır.
Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür.
7. Artıq çəkidən azad olmağa kömək edir.
Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
8. Göz ağrıları zamanı effektlidir.
Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.
9. Damarlarda yaranan tıxanıqlıqda
2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi 36 faiz azaltdığı bəlli olub.
10. Nar suyu orqanları gücləndirici xarakterə malikdir.
Xüsusən ürək-damar sistemi üçün nar əvəzsizdir. /medicina.az
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy


masaj yuxuda mede agrisi bogaz agrisi goz hekimi tecili yardim
masaj
is elanlari