Bel ağrısı

Bel ağrısıBel agrisi, yanma, batma formasında, kəskin və ya zəif şəkildə bel və ətrafında hiss edilir. Bəzən bir nahiyə ağrısa da, bəzən ağrılar dağınıq formada baş verir və dərhal səbəb təyin edilmir. Ağrıların dəqiqə ərzində belə şiddəti azalıb, daha sonra arta bilər.

Doktorinfo.az xəbər verir ki, ağrı, sümük, qığırdaq, əzələ, oynaq, damar səbəbilə yarana bilər. Stress də bel ağrlarında əsas faktor olduğu üçün ağrının nədən qaynaqlandığını tapmaq çətinləşə bilər.

Akut bel agrisi nedir?

6 həftədən qısa müddətdə var olan ağrıya deyilir. Bel ağrısı anidən də başlaya bilər, hansısa qəzadan sonra da yarana bilər.
İnsanların 80 faizi həyatları ərzində ən az bir dəfə bel ağrısı krizi keçirirlər. Əksər zaman ağrı özlüyündən keçər və ya azalar. 6 həftədə isə insanların 80 faizində bel ağrısı tamamilə keçir. Bir dəfə şiddətli bel ağrısı yaşayan insanların 30 faizi təkrarlayan ağrılardan əziyyət çəkirlər.

Xroniki bel agrisi nedir?

3 aydan uzunmüddətli davam edən bel ağrılarıdır. Toxuma zədəsi, sinir uclarına təsir göstərərək ağrı yaradır. Ağrı ilə yanaşı şişlik də yarana bilər. Bunun səbəbi qan dövranında yaranan problem ola bilər.

Bel agrisinin sebebleri nelerdir?

Onurğa sütunu əzələlər, vətər, bağlardan ibarətdir. Bunlarda bir problem olan zaman bel ağrısı yaranır.

Artritlər - ən çox artrit problemləri çanaq, bel, diz oynaqlarında rast gəlinir.

Yaralanmalar

Onurğa qırıqları, onurğanın ən hərəkətli hissəsi olan 12 bel onurğası və 1 bel onurğasının birləşmə nahiyəsində yaranır. Gənc insanlarda adətən yüksəkdən düşmə, yol qəzası, silah yaralanması zamanı müşahidə edilə bilər.
Bel ağrısıSinirin zədələnməsi də səbəblərdən biridir. Bel nahiyəsindəki onurğadan çıxan sinirlər, hansısa təzyq səbəbilə zədələnə bilər. Bu zaman disk xəstəliyi, sümüklərdəki problemlər sinirlərin iltihablanmasına yol aça bilər.

Bel ağrısı doğuşdan yaranan qüsurlar, yaralanmalar, oynaq iltihabından qaynaqlana bilər. Ən çox görülən səbəbi skolioz və spina bifidadır. Skolioz onurğanın yana doğru əyriliyidir. Spina bifida isə onurğada açıqlıq ilə xarakterizə edilən doğuş qüsurudur.

Degenerativ dəyişikliklər də bel ağrısına yol açır. Osteoxondroz, listezis, duzlaşma və s. ağrıları yaradan əsas faktorlardan hesab edilir.

Osteoporoz – Onurğa sütunu sümükləri kövrək olur ki, bu da qırılmalarla nəticələnə bilir.

İnfeksiya xarakterli xəstəliklər.

Revmatik iltihabi xəstəliklər.

Travmalar və s.

Ağır qaldırma, uzunmüddət əyilərək işləmək, eyni pozisiyada qalmaq, uzunmüddət davam edən stress, çox doğuş və digər səbəblər bel nahiyəsində yaranan onurğalar arasındakı diskin qoruyucu qisminin yırtılmasına gətirib çıxara bilər. Bir çox bel ağrıları məhz bu səbəblərdən də qaynaqlanır.

Yırtığın yerinə və formasına görə bel ağrısı və ya ayaq ağrısı daha ön planda ola bilər. Hərəkət çətinləşə bilər ki bu da birinci bel ağrısını şiddətləndirə bilər.

Onurğa infeksiyalarının 50-60 faizi bel nahiyəsində görülə bilər. Siqaretdən istifadə, qidalanma pozğunluğu, piylənmə, diabet, müxtəlif xərçəng xəstəliyi onurğa infeksiyası riskini artırır.

Onurğa infeksiyaları keçirilmiş onurğa cərrahiyyəsi sonrasında da yarana bilər.

Şişlər sümük, yumşaq toxuma və ya sinir qaynaqlı yarana bilər. Xoş və bədxassəli ola bilər. Birbaşa onurğada yarana biləcəyi kimi metastaz da verə bilər.
Bel ağrısıBel agrisi zamanı ne etmeli?

Hərəkət etmək – Bel ağrıları zamanı adətən gündəlik hərəkətlərdən qaçınmağın faydalı olduğuna inanılır. Ancaq xüsusilə akut ağrılar zamanı aktiv olmaqda fayda vardır. Hərəkətdə olmaq qan dövranını sürətləndirir, əzələ gərginliyini azaldır.

Doğru duruş, oturarkən və ya ayaqda olan zaman onurğanı rahat etdirərək, bel nahiyəsindəki təzyiqi azaldıb ağrıları yüngülləşdirməyə kömək edir. Dik oturmaq yarana biləcək ağrıların qarşısını almağa kömək edir.

Dik durmaq və yeriyən zaman rahat hərəkət etmək onurğanı rahatlada bilər. Bu səbəblə uyğun ayaqqabı seçmək lazımdır. Düzgün, rahat ayaqqabı seçimi bel ağrılarının azalmasını təmin edən əsas vasitədir.

Düzgün qidalanma vacib şərtlərdəndir. Çünki artıq çəki belə əlavə yük salır ki, bu da ağrılara yol açır.

Gecələri düzgün qəbul edilən yuxu şəxsin həyat tərzinə səbəb olur. 7-9 saat aralıqlı yatmaq günün yorğunluğunu atmağa kömək edir. Həmçinin sonrakı günə hazırlıq üçün vacibdir.

Ağır cismi götürərkən diqqət edin. Çox ağır götürmək onurğanı zədələyər ki bu da bel ağrılarına səbəb olar.

Yerdən nəisə götürərkən diqqətli olmaq lazımdır. Çünki adi gördüyünüz hərəkət beldə zədələnmə ilə nəticələnə bilər. Əyilən zaman dizinizi də əyməyə diqqət edin. Çünki birbaşa bel nahiyənizi əydiyiniz zaman yük düşür və ağrılara yol açır.

Bel agrisinin mualicesi nece aparilir?

Müalicəsi səbəblərə görə aparılır. Çünki müalicə üsulları da ən az səbəblər qədər çoxdur. Müalicənin təyin olunmasında ağrının şiddəti, irəliləməsi, hansı mərhələdə olması əsas şərtdir. Bəzən ağrıyan nahiyəyə həkim dərman inyeksiyası edə bilər. Dərmansız müalicə isə həkimin təyin etdiyi idman hərəkətləri vasitəsilə edilə bilər. Xroniki ağrı çəkənlərdə isə fərqli üsullardan istifadə edilə bilər. Psixoloji terapiya da bu üsullar sırasında yer alır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 26 iyul 2024

Oxşar xəbərlər

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Böyrək soyuqlaması nədir?

Böyrək soyuqlaması nedir?. Böyrək iltihabı geniş yayılmış problemlər sırasında yer alır. xəbər verir ki, bu hala böyrək soyuqlaması, soyuqdəyməsi kimi ifadələr də deyilir. Uşaqlar və böyüklərdə də yarana bilər. Bir sıra əlamətlərl

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə


masaj yuxuda tecili yardim cinsi xestelikler qarin agrisi mede agrisi
masaj
is elanlari