Bağırsaq sallanması

Bağırsaq sallanmasıBağırsaq sallanması olaraq bilinən rektal prolapsusta adətən gücənmə əsnasında anusdan çıxan qırmızımtıl bir kütlə fərq edilə bilər.

Doktorinfo.az xəbər verir ki, kütlə anusun içinə geri qayda bilər və ya görünür hala gələ bilər. Rektal prolapsus bağırsaq hərəkətlərini nəzarət edə bilməmək kimi həyat rahatına mənfi təsir göstərən vəziyyətlərə də səbəb ola bilir.

Bağırsaq sallanmasında xəstənin həyat tərzinə olduqca mənfi təsir göstərir.

Bagirsaq sallanmasinin elametleri nelerdir?

Anusun xaricində bir şişkinlik hiss etmək

Anal açıqlığının xaricində qırmızı bir kütlə görmək

Anus və ya rektumda ağrı

Qaz və şişkinlik: Bağırsağın normal funksiyasının pozulması qaz və şişkinliyə yol aça bilir.

Rektumdan qanaxma

Qəbizlik: Bağırsağın normal hərəkətliliyi pozula bilir. Bu vəziyyət qəbizliyə yol açır.

Anusdan qan, nəcis və mukus sızıntısı

Andominal ağrı və narahatçılıq: Bağırsaq sallanması olan şəxslər qarın nahiyəsində ağrı və ya narahatçılıq hiss edə bilirlər.
Bağırsaq sallanmasıİshal: Bəzi vəziyyətlərdə bağırsaq sallanması ishala səbəb olur.

Bagirsaq sallanmasinin sebebleri

Xronik qəbizlik

Çox sayda doğuş etmək

Tez-tez ishal olmaq

Parazitlər

Öskürməyə bağlı yaranan xəstəliklər

Rektum nahiyəsində yaranan poliplər

Bagirsaq sallanmasi kimlerde gorulur?

Bağırsaq sallanmasının səbəblərinin altında rektumun boşalmasına maneə olan vəziyyətlər və o toxumanın zəifləməsi yatar. Toxuma zəifliyindən bəhs edildiyi üçün adətən 50 yaşının üstündəki şəxslərdə görülür.

Çox çətin doğuş etmiş uzun müddət qəbizlik şikayəti yaşamış qadınlarda daha çox görülür.

Bağırsaq sallanması necə müalicə edilir?
Bağırsaq sallanmasıAdətən irəli yaş xəstəliyi olaraq bilinən bağırsaq sallanması müalicə edilə bilməyəcək bir xəstəlik deyil. Xəstələrin müalicə üçün zamanında müraciəti əhəmiyyət kəsb edir. Müalicədə məqsəd qəbizlik müalicə edilərək gücənmənin minimuma endirilməsidir.

Əməliyyat və əməliyyatsız müalicə üsulları mövcudur. Xestenin vəziyyətinə uyğun olaraq dərmanlar və şamlar təyin oluna bilər.

Ağır formalarda isə ən effektli müalicə üsulu əməliyyatdır. Bunu isə həkim təyin edə bilər. Əgər qəbizliyə səbəb olan tiroidin az çalışması, zəif metabalizma kimi başqa səbəblər varsa bu vəziyyətləri müalicə edəcək yollar izlənir. Bu tənzimləmələr ilə müalicədə yarar görülməyən vəziyyətlərdə cərrahiyyəyə müraciət edilir.

Bağırsaq sallanması müalicə edilməzsə nə olur?

Bağırsaq sallanması göz ardı edilməməsi gərəkən bir xəstəlikdir. Müalicəsi əgər planlanmasa soliter rektal ülser deyə adlandırılan, qanaxmaya yol aça biləcək və xərçənglə qarışdırıla biləcək bir ülser yarana bilər. Bağırsaq sallanması hiss edildiyi zaman başlanğıcda ümumi cərraha müraciət edilməlidir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 avqust 2024

Oxşar xəbərlər

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Böyrək soyuqlaması nədir?

Böyrək soyuqlaması nedir?. Böyrək iltihabı geniş yayılmış problemlər sırasında yer alır. xəbər verir ki, bu hala böyrək soyuqlaması, soyuqdəyməsi kimi ifadələr də deyilir. Uşaqlar və böyüklərdə də yarana bilər. Bir sıra əlamətlərl

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə


masaj yuxuda hamilelik testi dis agrisi bogaz agrisi goz hekimi
masaj
is elanlari