Babasil nədir?

Babasil nədir?Babasil (Hemoroid) xəstəliyi yoğun bağırsağın xaricində olan anal nahiyə adlanan hissədə meydana gələn düz bağırsaq xəstəliyidir. Hemoroidlər anusda artan təzyiq səbəbiylə görülür. Bütün yaşlarda meydana gələ bilər.

Bir çox səbəbə görə yarana bilər. Gündəlik həyata olduqca çox təsir göstərir. Anal nahiyəsində hemoroid əmələ gəlməsi daha çox defekasiya zamanı gərginlik neticesinde nahiyədəki toxumaların zədələnməsi nəticəsində baş verir.

Yaranması üçün çox səbəb olsa da geniş yayılan faktorlar qebizlik və ya xroniki ishaldır.

Doktorinfo.az digər faktorları təqdim edir:

Gündəlik su ehtiyacının olmaması
Babasil nədir?Hamiləlik

Doğuş

Qəbizlik

Artıq çəki

Genetik meyl

Anal nahiyəsində yaranan şişlər və s.

Bir çox növü və dərəcələri mövcuddur. Bunu isə həkim müayinə edərək dəqiqləşdirir.

Bes ne zaman hekime muraciet edilmelidir?

Qanaxma olarsa

Anal nahiyədə böyük düyünlərin olması

Ağrılar şiddətli olarsa

Düzgün diaqnoz qoyulmalı və buna uyğun müalicə taktikası seçilməlidir.

Adətən insanların narahatçılığının ilk sebebi qanaxma şikayətidir.
Babasil nədir?Bes babasilin elametleri nelerdir?

Anus və ətrafında yaranan qaşınma hissi

Anusda yaranan şişlik

Anus hissəsində ağrı

Babasilin tebii yolla mualicesi

Müalicələr həm tebii üsullarla edilir, həm də tibbi vasitələrlə. Belə ki, ilkin mərhələlərdə şamlar, dərmanlardan istifadə edilir. Əgər problem irəliki vəziyyətdədirsə cərrahi əməliyyata ehtiyac duyula bilər.

Səna yarpağı, boymadərən otu, kövrək murdarça qabığı, keşniş toxumu və şirin biyan kökündən ibarət qarışıqdan 1 xörək qaşığı qədər əldə edilir. Daha sonra üzərinə 200 ml qaynar su tökülür. 15 dəqiqə ərzində dəmlənir. Bundan sonra soyudularaq süzülür. 200 ml qədər hazır olan dərmanı gecə yatmazdan öncə 100 ml qədər qəbul etmək gərəklidir.

Digər üsul isə zəncirotu bitkisi ilə hazırlanır. 2 xörək qaşığı xırdalanmış zəncirotu kökü üzərinə qaynadılıb soyudulmuş su tökülür, 8 saatdan sonra süzülür, gün ərzində 4 dəfə və hər dəfə 1/4 stəkan içilir.
Babasil nədir?Çuğundur, kartof və ya yerkökü narın sürtkəcdən keçirilir. Sıyıq tənzifə çəkilir və ağrılı yerin üzərinə qoyulur.
Bundan başqa üzərlik toxumu 50 qram, həlilə 50 qram qədər gərəklidir. Bu bitkilər tavada qovrulur, sonra toz formasına salınır, 1 çay qaşığı 1 stəkan suda həll edilərək, gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Qurudulmuş dəvətikanı çiçəkləri isə iltihabı aradan qaldırmağa və qanı kəsməyə kömək edir. Bunun üçün qurudulmuş dəvətikanı çiçəkləri dəmləmək lazımdır.

100q propolisi 100ml bitki yağı ilə su hamamında əriyənədək qızdırmaq gərəkdir. Tam həll olunduqdan sonra istifadə edilə bilər. Prosedura gündə 2 dəfə gigiyenik proseduralardan sonra edilir.

Bu problemdən əziyyət çəkənlərə 2 litr su içmək tövsiyə edilir.

Qeyd edək ki, içilən çay, qəhvə içilən suyun əvəzini ödəmir. Kifayət qədər su qəbul edilmədiyi zaman qəbizlik yaranır. Bu da babasilin əsas səbəblərindəndir. Ancaq yetərli mayenin qəbulu qəbizliyin də əsas çarələrindən biridir.

Həmçinin bağırsaq və həzm sisteminin sağlamlığı üçün liflə zəngin qidaların yeyilməsi tövsiyədir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma


masaj yuxuda mede agrisi qarin agrisi babasil mualicesi sekis
masaj
is elanlari