Allergiyası olanların diqqətinə
Məişət tozları və allergenlərə ən çox istifadə olunan yorğan və döşəklərdə rast gəlinir. Keçmişdə yun yorğan və döşəklər ən keyfiyyətli yataq dəstləri sayılırdı. Yunun bütün neqativ enerji və radiasiyanı özünə çəkdiyi elmi tərəfdən sübut olunub. Eyni zamanda, yun istini tənzimlədiyi üçün orqanizmi üşüməyə qoymur, hətta revmatizm xəstəliyindən əziyyət çəkənlərə qoyun yunundan hazırlanmış yataq dəstlərində yatmaq məsləhət görülür. Digər tərəfdən yundan olan yataq dəsti allergik xəstəliklərə qarşı həssaslığı olanlar üçün narahatlıq yarada bilir.
Axar.az xəbər verir ki, həkim-terapevt Sevinc Zeynalova deyib:
"Yunun içində gənəçiklər var və allergiyası olmayanlara heç bir narahatlıq vermir. Allergiyası olanların isə yun yorğan-döşəklərdə yatmasına və tük yastıqdan istifadə etməsinə qadağa qoyulur. Çünki yunun içindəki gənəciklərin ifrazatları və epidemisin özü xəstələrdə allergik reaksiyalar verə bilər".
Mütəxəssislər yenilənən və müasir dünyaya uyğunlaşanların yundan hazırlanan yataq dəstlərinə üstünlük vermədiyini bildirirlər. Onlar yunun yuyulub qurulması, sonra ondan döşək sırımağın əziyyətli proses olduğunu əsas götürürlər. Ona görə də daha rahat hazırlanan, tez yuyulub qurudulan, olduqca yüngül sinteponlara üstünlük verirlər. "Sinteponun tərkibində gənəcik olmadığından heç bir allergik reaksiya vermir. Allergiyası olanların sintepon yastıq və sintepon yorğan-döşəkdən istifadə etməsi məsləhətdir".
Həmin yataq dəstlərini alarkən üç xüsusiyyətə diqqət yetirmək vacibdir: sinteponların hipoallergen olması, işin keyfiyyəti və materialda xoşagəlməz qoxunun olmaması. Qeyd edək ki, təmiz tərkibli sinteponlar antibakterial olur, yuyulduqda tez quruduğu üçün bakteriyaların inkişafına imkan yaratmır.
Otaqda toz yığılan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəkləri havaya çıxarmaq, yataq otağındakı döşəküzlərini tez-tez dəyişmək, tozsoranla onları yaxşı təmizləmək lazımdır. Məişət tozlarına qarşı həssaslığı olanlar üçün gigiyenik şərait yaratmaq məsləhət görülür.
DOKTORINFO.AZ Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?
Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma
Uşaqlarda öskürək zamanı nə etməli?
Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Tomatlı yeməyə duz qatmaq olar?
Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla
Çarəsizliklə mübarizə yolları
Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə
İdmandan öncə isinmə hərəkətləri
İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki
Vücudda yaranan qırmızı xal təhlükəlidir?
Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını
Alkoqolizmin əlamətləri
Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala