18 yaşlı oğlunun qanını özünə köçürdü – Milyonçu nəyə çalışır?

18 yaşlı oğlunun qanını özünə köçürdü – Milyonçu nəyə çalışır?Təsis etdiyi texnologiya şirkətləri ilə milyonlarla dollar qazanan sahibkar iş adamı, 45 yaşlı Brayan Conson gənc qalmağın və əbədi yaşamağın mümkün olduğuna inanır.
Axar.az xəbər verir ki, sahibkar uzun müddətdir bu məqsədlə külli miqdarda vəsait xərcləyir.
Qocalmanı dayandırmaq və gənc qalmaq üçün qurduğu "Blueprint" şirkətinin nəticələrini paylaşan Brayan Conson həm sağlamlıq, həm də görünüş baxımından həmyaşıdlarından kəskin fərqlənir.
Bu məqsədlə ildə 2 milyon dollar xərcləyən Conson üçün 30 həkimdən ibarət bir qrup çalışır. Bu tibbi qrupun başında Kembricdə qocalmaya qarşı işi ilə gündəmə gələn 29 yaşlı uğurlu gənc həkim Oliver Zolman dayanır.
Brayan Consonun 45 yaşı olmasına baxmayaraq, üzündə heç bir qırış, rəng dəyişikliyi yoxdur. Hər səhər saat 5-də oyanan və 20:30-da yuxuya gedən iş adamı heç vaxt müəyyən kalori miqdarını aşmayan vegetarian pəhrizlə qidalanır və müntəzəm olaraq məşq edir.
Bioloji olaraq 18 yaşında qalmağa çalışan məşhur iş adamı hər gün badam südü, qoz, qara zirə və qırmızı meyvələrdən ibarət cəmi 1977 kalori ehtiva edən pəhrizə riayət edir. Hər gün ən az 1 saat idman edən Conson deyir ki, 2 ildir davam edən bu cavanlaşma macərasının bu günə çatdığı nöqtədə 37 yaşında ürək sağlamlığı, 28 yaşında dəri və 18 yaşında bir gənc var vəziyyəti əldə edib.
Consonun "qocalma əleyhinə" macərası onun qurduğu şirkəti satması və üç uşağının anasını tərk etməsi ilə başlayıb. İdeal çəkisinin birdən-birə 27 kiloqram artmasına görə sahibkar intihar fikrinə düşəcək qədər depressiya keçirdikdən sonra həyatını bu istiqamətdə dəyişməyə qərar verib.
O, Kaliforniyanın məşhur "Venice Beach" bölgəsindəki 9 milyon dollarlıq evində yaşayır.
O, 18 yaşlı oğlu Talmage və 70 yaşlı atası Riçard ilə nəsillərarası qan və plazma mübadiləsi aparıb. Consonun oğlu və atasından 1 litr qan götürülüb. Oğul Tamalgenin verdiyi qan daha sonra qırmızı, ağ qan hüceyrələrinə və trombositlərə ayrılıb. Daha sonra qan 45 yaşlı baş direktora köçürülüb. Bundan sonra Brayan Consondan alınan bu qan da işlənib və onun öz qanı ilə qarışdırılaraq 70 yaşlı atasına verilib.
Bu gənc və sağlam donorların qanının plazmalaşdırılması və yaşlı orqanizmlərə köçürülməsi gəmiricilər üzərində aparılan təcrübələrdə uğurlu nəticələr verib. Ancaq 1 ayın sonunda Conson sosial media hesabından bu plazma transferinin gözlənilən nəticəni vermədiyini açıqlayıb. Bu transferdən nə öz səhhəti, nə də cavanlaşması baxımından heç bir nəticə əldə edə bilmədiyini deyən Conson atasının nəticələrinin hələ çıxmadığını bildirib.
O, bu prosedurun yaşlı orqanizmlərdə işləyə biləcəyinə ümid bəslədiyini deyib.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 09 iyul 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Ət xalı qopartmaq olarmı?

Ət xalı bəzi insanlarda doğuşdan bəzi şəxslərdə isə sonradan yarana bilər. xəbər verir ki, vücudunuzun hansısa bir yerində çıxa bilir. Bəziləri zərərsiz olsa da bəziləri olduqca təhlükəlidir. Et xal qoparilsa ne olur?. Qara

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak


masaj yuxuda qarin agrisi boyrek agrisi cinsi xestelikler dis agrisi
masaj
is elanlari