Xroniki yorğunluq sindromu nədir?

Xroniki yorğunluq sindromu nədir?Yorğunluq, şəxsin gündəlik və iş həyatında özünü yorğun və halsız hiss etməsi ilə göstərir. Fiziki hərəkət və ya idmanın həddindən çox edildiyi vəziyyətlərdə də yorulmaq mümkün bir vəziyyətdir və şəxsin dincəlməsi ilə birlikdə bu hal ortadan qalxar. Ancaq şəxs özünü çox yormayan hərəkətlərdə də yorğun hiss edirsə, bu vəziyyət xroniki yorğunluq sindromu xəstəliyini ortaya çıxara bilər.

Hansısa bir əlamətin və ya xəstəliyin yaranmaması və yorğunluğun mütəmadi olaraq davam etməsi bu vəziyyətə işarət edə bilər. Xroniki yorğunluq sindromu şəxsin dincəlməsinə baxmayaraq mütəmadi olaraq özünü yorğun hiss etməsi, iş enerjisinin düşməsi, istəksiz olması və sosial yaşantıdan uzaqlaşması ilə biruzə verən psixoloji narahatçılıqdır. Bu vəziyyət kişilərlə müqayisədə qadınlarda daha çox görülür.

Xronik yorğunluq sindromu nə üçün olur?

Bu vəziyyətə bəzi xəstəliklər səbəb ola bilər. Müəyyən xəstəlik səbəbiylə ortaya çıxan yorğunluq və halsızlıq bu vəziyyəti yaşayan şəxslər müalicə edilməsi ilə birlikdə problem aradan qalxar.

Xroniki yorğunluq sindromunun əlamətləri nələrdir?

Xroniki yorğunluq sindromu, 6 aydan uzun davam edə bilən vəziyyətə deyilir. Belə vəziyyətərin ortaya çıxması halında şəxslərdə bir sıra əlamətlər görülür. Bu əlamətlərin yaranması zamanı mütləq bir mütəxəssisə müraciət edilməlidir. Xroniki yorğunluq sindromunun əlamətləri bunlardır:

Baş ağrısı

İşığa həssaslıq

Zehni yorğunluq

Unutqanlıq

Boğaz ağrısı

Dırnaq qırılması

Saç dökülməsi

Oynaq ağrısı

Narahatçılıq hissi

Yuxu problemləri

Depressiya və s.

Xroniki yorğunluq sindromunna səbəb olan xəstəliklər
Xroniki yorğunluq sindromu nədir?Bəzi xəstəliklərin ortaya çıxması nəticəsində şəxslərdə yorğunluq halı görülə bilər. Bu xəstəliklər şəxsin həyatında ciddi dərəcədə problemlərə yol aça bilər. Səbəb olan xəstəlikləri təqdim edirik:

Anemiya – Yorğunluq vəziyyətinin ən çox görüldüyü xəstəlik qrupudur. Oksigeni çatdıran hemoqlabinin əksik olması vəziyyətində şəxs özünü yorğun və halsız hiss edə bilər. Müəyyən analizlərdən sonra yaranan qanazlığı vəziyyəti düzgün müalicə ilə ortadan qalxa bilər.

Tiroid xəstəlikləri: Bu xəstəliklər şəxslərin özlərini çox yorğun, halsız hiss etməsinə səbəb olur.

Ürək xəstəlikləri: Ürək çatışmazlığında ən ciddi əlamətlər arasında mövcud olan vəziyyət, şəxsin hiss etdiyi yorğunluq və halsızlıq halıdır. Gərəkli oksigen çatmadıqda şəxslərdə yorğunluq vəziyyəti yarana bilər.

İnfeksiya xəstəlikləri: Fərqli səbəblərlə vücudda meydana gələn bu xəstəliklər, şəxslərdə yorğunluq vəziyyətinin ortaya çıxmasına səbəb olmaqdadır.

Matabalizma xəstəlikləri: Qaraciyər və böyrək çatışmazlığında, kalsium yüksək və potassiumun aşağı olması vəziyətində vücudda mövcud olan mineralların azalması yorğunluq vəziyyətinin meydana gəlməsində əsas faktordur. Belə xəstəliklərin müalicəsinin erkən mərhələlərdə edilməsi şəxsin sağlamlığı cəhətdən çox vacibdir.

Xərçəng: Bəzi onkoloji xəstəliklər, yorğunluğu ortaya çıxara bilər. Xərçəng şəxsin vücud sistemini pozduğu üçün şəxsdə yorğunluq vəziyyəti ortaya çıxa bilər.

Yuxu problemləri: Yuxu pozuntusu, şəxsin həyat keyfiyyətini aşağı salan problemlərdən biridir. Yuxu problemi, yorğunluq vəziyyətinin ən əsas faktorudur. Kifayət qədər yuxu yatmayan şəxs bütün gün ərzində yorğun ola bilər.

Depressiya: Yorğunluğa səbəb olan xəstəliklərin başında depressiya gəlir. Stress, depressiya yuxu problemini yaradan səbəblərdəndir.

Xroniki yorğunluq sindromunun müalicə üsulları
Xroniki yorğunluq sindromu nədir?Bu xəstəliyin müalicəsində tətbiq edilən üsullar, xəstəlik əlamətlərini yaxşılaşdırmaq və ortadan qaldırmaq üçün edilir.
Xroniki yorğunluq sindromunun müalicə üsulları bu formadadır:

Psixoterapiya

Dəstəkləyici üsullar

Pəhriz

İdman hərəkətləri

Bitki tərkibli dərmanlar

Həkimin təyinatı üzrə digər növ dərmanlar.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd


masaj yuxuda bogaz agrisi goz hekimi qarin agrisi tecili yardim
masaj
is elanlari