Boyun tutulması zamanı nə etməli?

Boyun tutulması zamanı nə etməli?Boyun tutulması irəli yaşda və ya gənc bütün şəxslərdə görülə bilən və qısa müddətdə də müsbət nəticələr alınıb sağala bilən narahatlıqdır.

Doktorinfo.az xəbər verir ki, əksər baş və boyun nahiyəsində meydana gələn ağrı qısa müddətdə yaxşılaşıb keçsə də bu müddətdə doğru hərəkətləri etmək əhəmiyyət kəsb edir. Tərs bir hərəkət və ya yanlış müdaxilə yüngül ağrıları daha da şiddətləndirə bilər.

Boyun tutulmasi nedir?

Əksər zaman günün erkən saatlarında meydana gələn boyun hərəkətlərini məhdudlaşdıran əzələlərdə gərginlik və sərtlik ilə xarakterizə edilib baş boyun nahiyəsində meydana gələn şikayətlərə boyun tutulması adı verilir. Bu zaman bədəni sabit tutub boyunu sağa və sola çevirmək çətinləşə bilir. Şiddətli ağrı və gərginləşmə səbəbiylə gündəlik həyat tərzində şəxs özünü narahat hiss edir və işlərini görə bilmir.
Boyun tutulması zamanı nə etməli?Boyun tutulmasının ən geniş yayılmış sebebleri:

Xüsusilə gecə yatarkən boyunun tərs və çətinləşdirən bir pozisiyada qalması

Uzun müddət kompüter başında zaman keçirmək və boyuna həddindən çox yük salmaq

Gün ərzində mobil telefona çox baxmaq

İdman ərəfəsində kəskin və sərt formada hərəkət etmək

Soyuqdəymə və bənzəri infeksiyalar keçirmək

Çanta və ya buna bənzər ağırlıqları qaldırmaq

Yanlış və sərt yastıq seçimi

Uzun müddət, istirahətsiz nəqliyyatdan istifadə etmək

Boyun tutulması necə keçər?

Dərmanla müalicə: Əzələlərin rahatlanması üçün əzələ genişləndirici krem və ya dərman istifadə edilə bilər. Gərəkli vəziyyətlərdə aşağı dozda ağrıkəsici verilə bilər.

Steroid inyeksiya: Əzələləri uyuşduran kortikosteroid maddəli dərmanlar nahiyəyə inyeksiya edilir.

Fizioterapiya: Boyun və bütün vücudun ən təbii və sağlam sağalma mexanizmasını təmin edən idman hərəkətləri fizioterapiya seanslarında tətbiq edilir. Beləliklə genişlənən əzələlər ideal quruluşuna və vəziyyətinə qovuşa bilirlər.
Boyun tutulması zamanı nə etməli?Boyun tutulması ağrısı neçə günə keçər?

Bütün əzələ problemlərində olduğu kimi boyun tutulmasının müddəti də əzələnin gərginləşmə dərəcəsinə və ağrının şiddətinə bağlıdır. Şəxsin ümumi sağlamlıq vəziyyəti də bura təsir göstərir. Adətən idman hərəkətləri və kremlərlə birlikdə bir neçə günə müsbət təsir görülə bilir.

Eyni zamanda əzələ toxumasında yarana biləcək xroniki iltihab və vücudda meydana gələ biləcək duruş pozğunluqlarının da qarşısı alınmış olar.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 22 avqust 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb


masaj yuxuda tecili tibbi yardim dis agrisi hamilelik testi mede agrisi
masaj
is elanlari